QIZ QALASI NEÇƏNCİ MÖCÜZƏDİR?


fuad-e1347303427530Fuad QASIMOV, ufoloq
“Minlərlə papirusa bükülmüş, heç kimin dərk etmədiyi sirlər, hətta ruhlarımız qaranlıq və soyuq sərdabələrdə qorunur…”- Sfinksin hekayəti
 Zərdüştilərin məbədi tikilinin içərisində işıqlı bir otaqdan ibarət olurdu. Otağın mərkəzində – dördkünc daşın üzərində metal  borudan müqəddəs od çıxırdı. Yanan məşəl o qədər müqəddəs sayılırdı ki, hətta baş kahin əllərinə əlcək geyinmədən və nəfəsinin odu təhqir etməməsi üçün ağzına yaylıq bağlamadan oda yaxınlaşa bilməzdi. Məbədin yaxınlığında isə quyular yerləşirdi. Dini ayinlərdən əvvəl burada dəstəmaz alınırdı. Zərdüştilər təbiətin dörd ünsürünü – torpağı, odu, suyu və küləyi müqəddəs sayırdılar. Onların heç birini ölmüş insanın cəsədi ilə təhqir etmək olmazdı. Dəfn mərasimləri üçün silindrik formalı qalalar mövcud idi. Onların hündürlüyü 15 metrə çatırdı. Qalanın başında – mərkəzdə dəlik vardı. O, quyuya gedən yol idi. Qalanın yanında xüsusi yer vardı ki, meyitləri qalaya qoyanadək həmin yerdə saxlayırdılar. Deməli, qaya üzərində məşəllər yanan silindrik formalı, içərisində fəza cisimlərinin təsvirləri olan və sonra məbədgaha çevrilmiş mağara Qız qalası ola bilərdi. QizQalasiSərt qaya üzərində işlənmiş qalanın başında yeddi məşəl yanırdı.
XIX əsrin əvvəllərində qaladan gəmilərin istiqamətləndirilməsi ilə bağlı mayak kimi istifadə etmək üçün bəzi rekonstruksiya işləri aparılaraq yalnız bir məşəl saxlanılmış, qalanları qapadılmışdı. Görünür, Zərdüştün Qız qalasını özünə sığınacaq seçməsi və ondan məbədgah kimi istifadə etməsi məhz bu yerin müqəddəs hesab etdiyi odla bağlılığından irəli gəlirdi.
Bəs məbədgaha çevrilənədək bu tikilinin təyinatı hansı məqsədə xidmət etmişdi? Qala hansı informasiyanı özündə gizlədir? Onu kimlər tikib?
1978-ci ildə ingilis alimləri Afrikada maraqlı tapıntılar aşkar etdilər. Bunlar gil lövhəciklər üzərində yazılmış qədim yazılardan və qaya rəsmlərindən ibarət idi. Yazı və rəsmlərdə dünyanın ilk insanlarından danışılırdı. Onlar Yerə Sirius sistemində yerləşən hansısa ulduzdan gəlmişdilər. Alimlərin hesablamalarına görə, tapıntıların on min illik yaşı vardı. Qalıqlar altında qalmış insan sümüklərinin ekspertizası göstərdi ki, onların boyu 130 sm imiş. Bu insanlar bizim tanıdığımız irqlərin heç birinə aid deyildilər. Belə nəticəyə gəlmək olar ki, irqlərini bilmədiyimiz bu adamlar həmin varlıqlar olub.
Gəlmələrin – ilk insanların psixologiyasında maraqlı məqamlardan biri ulduzlar sistemi haqqında məlumatlardır. Onların ən çox önəm verdiyi ulduz Siriusdur. Hələ eranın əvvəllərində filosof  Fenika Sirius ulduzunu dərin parlaqlığı olan Böyük Qırmızı Köpək adlandırmışdı. Məhz bu ulduzun dünyanın yaranmasına, Yerdə həyatın inkişafına böyük təsiri olmuşdur. Ulduz sistemi də Sirius,  Sirius-V  və  Sirius-S ulduzlarından ibarətdir. Astronomlar  Sirius-V-ni müasir dövrümüzdə kəşf ediblər. Sirius-S ulduzunun varlığından isə hələlik heç bir məlumat yoxdur.
Mifologiyada deyilir ki, Sirius-V ulduzunun Günəş ətrafında bir dövrəsi 50 ilə başa gəlir, çəkisinə görə ən ağır göy cismidir. O, Siriusa yaxınlaşanda ikincisinin parıltısı daha da artır. Müasir elm bu məlumatları təsdiqləyir, halbuki Sirius-V ulduzu adi gözlə görünmür və XIX əsrin ortalarınadək onun varlığından heç kimin xəbəri yox idi.
Qədim insanların dünyagörüşü Sirius ulduzu ilə kifayətlənmirdi. Onlar deyirdilər ki, Yer məhvəri ətrafında fırlanmaqla yanaşı böyük fəza dövrəsi vurur, Günəşsə öz oxu ətrafında fırlanır – onun məhvəri cismi hərəkətə gətirən spiralvari yaya bənzəyir. Fikrimizcə, şüur səviyyəsinin bəsitliyi ilə fərqlənməli olan qədim insanlar adi gözlə nəinki Günəşin fırlanmasını, hətta onun oxunun spiralvari yaya bənzədiyini də görə bilməzdilər. Bu hələ hamısı deyil. Qədim insanlar Kainatdakı ilk Böyük Partlayışdan və qalaktikanın milyard illərlə davam edən genişlənməsindən məlumatlı idilər. Onlar Mars, Venera, Saturn və Yupiter barədə fikirlər söyləyirdilər. Məsələn, Veneranın özünün peyki olması barədə bilgilərini müasir elm hələ təsdiq edə bilməyib.
Çarlz Darvinin nəzəriyyəsinə görə, insan insanabənzər meymundan yaranmış varlıqdır. Lakin Darvin nəzəriyyəsinin gerçəkləşməsi üçün milyon illərlə təkamül prosesi keçilməli idi. Qəribədir ki, tarixdə bu barədə heç bir iz yoxdur. Darvin nəzəriyyəsini həqiqət kimi qəbul etsək belə, meymun şüurlu qədim varlığın müasir elmin sirrini açdığı və aça bilmədiyi bu qədər məlumatlara necə yiyələndiyi şübhə doğurur. Onlar bəşəriyyəti əsrlərlə heyrətdə saxlayan abidələr yaratmışlar: piramidalar, qalalar, asma bağlar, məbədlər… Müasir insan təfəkkürü bu fenomenlərin sirrini dərk etməkdə acizdir. Bəlkə bütün bu tikililərin hansısa yerdənkənar sivilizasiya ilə bağlılığı var?

Реклама
Автор: Teymur Kasamanli Рубрика: HOME