ONLAR INSANLARI APARIRLARMI? 


fuad-e1347303427530  Sevinc Telman qızı

İnsanlar fövqəltəbii qüvvələrin olduğunu bilsə belə, çox zaman onların mövcudluğuna inanmaq istəmirlər. Bir çox hallarda isə qeyri-adiliklərin həyatımıza təsir qüvvəsinin nə dərəcədə böyük olmasından xəbərsizik… Bəzən yaşadığımız hər hansı anın təkrarlandığını zənn edirik və ya gördüyümüz yuxular… Bəzən isə belə bildirilir ki, insanın ikinci həyatı mövcud olan digər paralel dünyada davam edir… Uçan Naməlum Obyektlər (UNO) və ya «Uçan boşqablar» kimi anlayışlar da birmənalı qarşılanmır. Yad planetlilərin varlığını, mövcudluğunu iddia edənlər olsa belə, bunu inkar edənlər az deyil… Azərbaycan Milli Aerokosmik Agentliyinin «Planetin kosmik monitorinqinin elmi əsasları» sektorunun müdiri, BMT-nin nəzdində Beynəlxalq Enerji-İnformasiya və İnformasiologiya akademiyalarının akademiki, astrofizik-ufoloq Fuad Qasımov isə bu fikri təsdiq edənlərdən biridir:- Fuad müəllim, paralel dünya mövcuddurmu? Düzdürmü ki, insanlar ikinci həyatlarını yaşayırlar? — Hind rəvayətlərində, onların fəlsəfəsində belə bir fikir var ki, insan dünyaya 6 dəfə gəlir. Buna reinkornasiya deyilir. İnsan dünyasını dəyişəndən sonra onun ruhu başqa bədənə keçir. Əvvəllər buna şək-şübhə edirdilər. 60 ildir ki, ufologiya elmi yaranıb və belə bir qənaətə gəlinib ki, rəvayətlərdə deyilənlər doğrudur. Məsələ burasındadır ki, dünya böyük partlayışdan əmələ gəlib. O nöqtənin də ölçüləri 10 üstü mənfi 33 sm-dir. O daha da sıxıla bilərdi. Amma sıxılmayıb, daha da genişlənməyə başlayıb. Genişlənməklə birinci paralel dünya, yəni ruh dünyası yaranıb. İkinci mərhələdə, atom molekulları yaranıb. Atom molekulları əsasında canlı varlıqlar meydana çıxıb. Bundan sonra ilk olaraq paralel dünya yaranıb. Yəni maddi dünya çox-çox sonradan yaranıb. Bu, Bibliyada da, Quranda da, bütün müqəddəs kitablarda da öz əksini tapıb. Allahın adı ilə belə bir fikir verilib ki, guya Allah dünyanı 6 günə yaradıb. Bu fikirlə də bir çoxları razılaşmır ki, dünya 6 günə yarana bilməz və sairə. Amma indi alimlər belə bir qənaətə gəliblər ki, bu fikir də düzdür. Keçən əsrin əvvəllərində Eynşteyn belə bir ideya irəli sürüb ki, müxtəlif sistemlərdə vaxtın, zamanın öz gedişi var. Yəni bizim zamanla paralel zaman arasında fərq var. O, hipotezisi əsasında bir eksperiment də irəli sürüb. 037_n«Əkizlər» adlı bu eksperimentə görə, əgər əkiz insanın birini bu dünyada saxlayıb, digərini kosmosa yollasaq, gedən əkizin biri cavan qayıdacaq, amma o bura qayıdanda görəcək ki, qardaşı ya tamam qocalıb ya da artıq dünyasını dəyişib. Eynşteynin bu fikri ilə bir çoxları razılaşmadılar. Sonradan isə bu hipotezis üzərində alimlər işlədilər. Onlar da son nəticədə qərara gəldilər ki, hər sistemin özünün gedişi var. Biz maddi dünyada keçmişdən gələcəyə doğru gedirik. Amma kosmosda isə hansı zamana keçmək istəyirsən, keçə bilərsən. Onun özünün müxtəlif qanunları var. — Bəs nədən paralel dünyanın mövcudluğu daha geniş prizmada öyrənilmir? — «UNO»-lar paralel dünyanın mövcudluğunu insanların bilməsini istəmirlər. Dezinformasiyalar yayırlar ki, bunlar mövcud deyil. Məlum olub ki, bunlar Hindistanın, Çinin, hətta bizim də tariximizdə var. Bunun da kökü gedib çıxır sanskritlərə. Bu isə qədim hind dilidir. Belə məlum olur ki, hind dili dünyanın bütün dillərinin kökü olub. İkinci qol şumerlərdir. Belə də bildirilir ki, bizim dilimiz sanskritlərdən götürülüb. Sanskrit oda sitayiş deməkdir. Bildirilir ki, ilk olaraq digər kosmoslara məhz onlar gediblər. Sonradan yeni sivilizasiyalar yarandıqda onların yalnız izləri qalıb və bu izlər digər sivilizasiyalara ötürülüb. Yeni sivilizasiyalar yarandığı zaman bu izlər də tədricən yoxa çıxmağa başalyıb. — «Uçan boşqab»lar da daim insanların marağında olub. Amma bu da aşkara çıxarılmayıb… — «Uçan boşqab»ların tarixi çox uzaqlara gedir. 1600-cü illərdə belə bir obyekti görən italiyalı alim onu boşqaba bənzədib və o vaxtdan da bu termin ortaya çıxıb. Qurana nəzər salsaq, orada da «Uçan boşqab» termini var. Məhəmməd Peyğəmbər bir boşqabdan o biri boşqaba oturdulub və bütün dünyanı — Marsı, Yupiteri gəzib. Ümumiyyətlə, UNO həmişə Yerə enib. Yerin altında onların bazaları — məskənləri var. «Bermud üçbucağı»nın sirləri də onlarla bağlıdır. Azərbaycanda da Xəzər dənizində Nardaranla, Pirşağı arasında «Kvadrat 24» kodu ilə belə bir yer var. Bu məskən yeraltıdır və çox dərin deyil. «Bermud üçbucağı»nda isə dərindir və 3-4 km-ə qədər okeanın dibindədir. Amma Xəzərdə olan məskən təxminən 80-100 metrə qədər suyun dərinliyindədir. Xəzərdə o dərinliyə girmək üçün çox böyük avadanlıq tələb olunmur. Amma «Bermud üçbucağı»nda həmin məskənə girmək üçün xüsusi cihazlar lazımdır. — Onların yerləşdiyi məskəni izləmək mümkündürmü? — «Bermud üçbucağı»nı kosmosdan çəkiblər və dibində piramidalar görüblər. UNO-nu öyrənmək üçün dünyanın aparıcı dövlətləri ufologiya üzrə institutlar yaradıblar. Amma məsələ burasındadır ki, bir tərəfdən UNO-nun mövcudluğu ilə bağlı informasiya verirlər, digər tərəfdən bu məsələləri məxfi saxlamaq üçün dezinformasiyalar verirlər. Bu, adamları çaşbaş salmaq üçündür. 61-ci ildən informasiyam var ki, UNO var. Birdəfəlik bilmək lazımdır ki, bizdən asılı olmayaraq, UNO mövcuddur. Digər tərəfdən, heç cürə ola bilməz ki, böyük bir kainatda yalnız bizi yaradıblar və Yer kürəsi bir dənədir. Sübut eləmək istəyirlər ki, Yer kürəsi seçilmiş bir nöqtədir və yalnız burada həyat var. 9_nCordano Bruno nə üçün yandırıldı? O, Allahı inkar etmirdi. Deyirdi ki, bizdən başqa da dünyalar, bizim kimi və ya bizə bənzər məxluqlar var. Həmin informasiyanı İmadəddin Nəsimi də verirdi. Ən sonuncu faktlardan birini qeyd edim. 1999-cu ildə qəza üzündən Xəzər dənizinə bu boşqablardan biri düşdü. Onu da Norveçin üzərində vurmuşdular. Boşqabı kimin vurmasına gəlincə, onları vurmaq üçün bizim texnikamız yoxdur. Yadplanetlilər öz aralarında vuruşurlar. Yəni onların da müəyyən təbəqələri və buna uyğun öz maraqları var. Gəlib planeti öyrənirlər, nəzarətdə saxlayıb, eksperimentlər aparırlar. Adamları oğurlayıb, sonra gətirirlər. Bədənlərinə inplantasiya etməklə müşahidə edirlər. UNO-nun mövcudluğu amerikalılara 1955-ci ildən məlumdur. Azərbaycanda olan Riçard Rafl adlı bir senator elektirik qatarında Suraxanıdan Bakıya keçəndə «Uçan boşqab»ı görüb və Amerikaya bununla bağlı məlumat verib. O vaxtdan da həmin UNO-nun adını «Xəzər əjdahası» qoyublar və amerikalılar SSRİ-də neft axtarmaq adı altında UNO ilə bağlı iş aparıblar. Bu yaxınlarda da nümayiş etdirildi ki, həmin illərdə «Xəzər əjdahası» adı ilə nəhəng bir təyyarə hazırlanıb. Güclü imkanları olan bu təyyarə dənizdən yalnız 4 metrə qədər yuxarı qalxıb. Yüksək sürətlə uçanda su ilə hava arasında qat əmələ gəlir ki, bunun hesabına da o, daha sürətlə irəliləyib. Əvvəllər elə təsəvvür yaradılırdı ki, UNO yalnız Amerikada mövcuddur. SSRİ, Çin isə bu məlumatları qapalı saxlayırdı. — Bayaq dediniz ki, UNO-lar yerdən insanları oğurlayırlar. Bu faktı necə təsdiq edə bilərsiniz? — Tək-tək oğurlanır. Aparat mavi şüası ilə adamları sorub aparır. Ola bilir ki, adamların bəzilərini buraxırlar, bəzilərini yox. 1947-ci ildə Amerika prezidenti Trümenin vaxtında UNO ilə Amerika saziş bağlayıb. Layihənin adı da «Magistik-12» olub. «12» o deməkdir ki, üzərində eksperiment aparılması üçün Yer kürəsindən hər il 12 nəfər müntəzəm olaraq UNO-ya verilməlidir. — Bəs bu haqda nə üçün açıq məlumat verilmir… — İndi bu məsələ açıqdır, bunu bilirlər. Amerika bunu artıq hər yana bəyan edib. Məsələ burasındadır ki, Trümendən başqa, Amerikanın bütün prezidentləri prezident olan kimi UNO ilə bağlı informasiya ona verilir. Sonra da prezidentlər and içirlər ki, postdan gedəndən sonra biz bunu açmayacağıq. Onların içində yalnız Kennedi bu məsələni açıb, onu da öldürüblər. — Söhbətinizdə bildirdiniz ki, UNO-lar böyük bir enerjiyə malikdir… Bunu sübut edən dəllillər varmı? — Ümumiyyətlə, UNO atom stansiyası partlayanda məsafədən onu söndürür, zəlzələni dayandıra bilir. Çernobılda ediblər. Orada atom stansiyasında qəza zamanı gedən püskürməni insanlar söndürə bilməzdi. UNO onu 800 min rentgendən 300 min rentgenə aşağı salıblar. Bu faktı təsdiq edən ədəbiyyatlar var. Onlar bizi nəzarətdə saxlayıb imkan vermirlər ki, bu işləri görək. 2002-ci ildə UNO bütün Azərbaycanda işığı söndürüb. Bununla bizə qarşı protest verirlər, yəni «biz sizdən güclüyük, istəsək, bütün işıqlarınızı söndürə bilərik». Elektrik şəbəkə bütün Azərbaycanın işığını bir anda söndürə bilməz. Ona görə ki, şəbəkəni gərək bir-bir söndürəsən. Hazırda Yer kürəsində 6 milyard adam yaşayır. İndiki statistikaya görə, 6 milyarddan 3 milyarda qədəri onları görüb. O adamları yadplanetlilər aparıb-gətiriblər. Adamları aparana yaxın şüurunu silirlər ki, hara getdiyini bilməsin. Amma şüuraltı məkanda bu informasiya qalır. Hər il Yer kürəsindən 20 minə qədər adam oğurlanır. Özü də harada müharibə, konflikt gedirsə, adam da oradan oğurlanır. — Bəs nə üçün onlar əsasən piramidalarda məskunlaşırlar… — Bu piramidalar, eləcə də Qız QizQalasiQalası meqalitdir. Sübut olunub ki, bu qalaların tikintisində UNO-nun əli olub. Qız Qalasının tikilməsi bizim eranın VI əsrindən də əvvələ təsadüf edir. Onun tikilmə mexanizmində çox böyük möcüzələr var. Qala qayanın üzərində tikilib. Qaya da dənizin ortasında olub. Bir tərəfdən fikirləşirsən ki, bu, alınmaz bir qala kimi inşa olunub. Amma elə deyil. Bu, astronomik bir qaladır. Qalanın pəncərələri Şərqə — Günəşə tərəfdir. Günəş qalxanda şüaları bütün pəncərələrdə əks olunur. Pəncərələr isə eyni istiqamətdə deyil. Hər müəyyən saatdan sonra Günəş növbəti pəncərədə əks olunur. Yer kürəsi fırlandıqca Günəş pəncərələrdə istiqamətini dəyişir, sonuncu pəncərədə onun qalxması başa çatır. Günəş bütün mərtəbələrdəki pəncərələrdə əks olunub sonuncusuna çatanda isə saat 12 olur. Qalanın bütün pəncərələri Ariona — ulduz sisteminə tuşlanıb. Ulduz sistemi Qalaktikada elə bir nöqtədir ki, oradan o biri dünyalara keçmək olur. Bir yaşadığımız maddi dünya, bir də mənəvi dünya var. Ona görə də insan öləndə ruhu bədəndən çıxıb gəzir. İndiki fizika elmi isə bunu aça bilmir. — Sizcə nəyə görə bütün bunlar hələ də fantastik film kimi görünür… — Bu fantastika deyil, indi bu realdır. Bəlkə də mobil telefonlar kimi bu məsələ də nə vaxtsa real ola bilər. Ancaq bu gün əhalini belə məlumata inandırmaq üçün real faktlar olmalıdır. Ən elementar bir şey kimi onların quruluşu ilə bağlı yayılan məlumatları götürək. 750 məqaləni elə-belə yazmamışam ki. Məsələ burasındadır ki, bir çox şeyləri açıqlamaq istəmirəm. Digər tərəfdən bu gün bu sirri saxlamaq da olmur. İzoterik biliklər deyilən anlayış var. İnsan toxumunu buraya gətirib salıblar. Bəs insan necə əmələ gəlir? Quranda, Bibliyada da var ki, insan torpaqdan əmələ gəlir. Onların da arasında boz adamlar, göy adamlar və s. kimi təbəqələşmə var. Onların boyu 90-130 sm olur. Eləsi də var ki, boyu 3 metrdir. — Demək, bu sahə tam olaraq tədqiq edilib…. — Tamamilə yox. Məsələ ondadır ki, bunun çoxunu bilirik. Amma özümüz onu tədqiq edə bilmirik. Yunan elmi ədəbiyyatında ta qədimdən atom anlayışı var. Amma atom XX əsrdə düzəldilib. 2 min il bütün ölkələr bu məsələnin başında fırlanıb. Ümumiyyətlə, təfəkkür spiralvari inkişaf edir. Spirallararası məsafə, eləcə də onun dairəsi get-gedə azalır. Məsələn, 200 il bundan əvvəl yeni biliklər hər 100-200 ildən bir peyda olurdusa, indi isə bu təfəkkür hər 10-5 ildən bir dəyişir. Ona görə də bir çox bilikləri əldə etmişik. Amma hələ dərsliklərə düşməyib. Ulu babalarımız «uçan xalça»lar barədə məlumat verib. Artıq indi təyyarələr var. Akademik Zərifə Əliyeva da tədqiqatlarında üçüncü gözün mövcudluğunu üzə çıxarıb. Bu üçüncü göz kainata çıxır. Bu göz imkan verir ki, insan oxumadan hər şeyi bilsin. Hindlilər üçüncü gözün mövcudluğunu göstərmək üçün alınlarına xal qoyurlar. Ekstrasenslər də adi insanlardan onlarda üçüncü gözün açıq olması ilə fərqlənirlər.

Реклама
By Teymur Kasamanli Posted in HOME