XX ƏSRİN TARİXİ ŞƏXSİYYƏTLƏRİ. İNTELLEKTUALLAR ÜÇÜN MÜƏMMA – YERİN VƏ KOSMOSUN BÖYÜK SİRLƏRİNİ QABAQLAYAN ALİM


fuad Fuad Qasımov.«Planetin Kosmik monitorinqinin nəzəri əsasları» images (1)sektorunun müdiri, AMAKA, fizika-riyaziyyat elmləri doktoru, BMT daxilində BEA-nın, BMT daxilində BİA-nın (Beynəlxalq informasiya akademiyası) akademiki  Zərifə xanım Əliyevanın tədqiqatları: Geridə qalan XX əsr bəşəriyyətin yaddaşında nəhəng kəşfləri və Yerin və Kosmosun böyük sirlərini qabaqlayan tarixi şəxsiyyətləri ilə qaldı. Belə tarixi şəxsiyyətlərdən biri özünü müasir elmin hələ «açarını tapmadığı» məişətin əbədi problemlərinin həllinə həsr edən akademik – oftalmoloq Zərifə Əziz qızı Əliyevadır.

Onun elmi fəaliyyəti, elmi nəaliyyətləri intellektuallar üçün həqiqətən də bir müəmmadır, çünki, bu nəaliyyətlər məişətin aktual və müəmmalı problemlərinə – dahilik fenomeninin təzahürünə toxunur. 

Dünya statistikasından məlumdur ki, doğulanlar arasında dahilər çox azdır, cəmi 2%. Bu nə ilə bağlıdır: Allahın işi, Təbiət şıltağlığı, yoxsa Günəş tsiklinin açılmamış qanunauyğunluğu, Təbiətdə enerjiinformasiya mübadiləsinin incə mexanizmi ilə? 1999-cu ildə  bu problemə aid «Dahilərin doğulması – Allahın işi, Təbiət şıltaqlığı yoxsa Günəş tsiklinin açılmamış qanunauyğunluqları ilə əlaqədardır?» adı altında məqalə dərc elədik, hansı ki, burada Günəş tsiklinin 58 illik mexanizmi – infraqırmızı şüalanmanın partlayışları və onun insanın əqli qabiliyyətinin inkişafına təsiri haqqında məlumat verilmişdir. Bu Yer və Kosmosun açılmamış sirlərindəndir. Bu sual bəşəriyyəti həmişə narahat edib, çünki, o başqa daha fundamental genetik problemlə – planetdə insan genefondunun qorunması ilə əlaqədar bəşəriyyətin sağqalma mexanizmi ilə sıx bağlıdır. Bundan əlavə, bu bir xalqın məhv olması, digərinin yaranması həlli, assimilyasiya və dissimilyasiya problemi – planetdə əhalinin artması və s. ilə əlaqədardır. Bu problemlər indi də çox aktualdır.
1987-2007-ci il ərzində ufoloqiya sahəsində – Yerdə həyatın yaranma mexanizmi ilə əlaqədar daha dərin problemlərə cavabın axtarışı ilə bağlı bizim tədqiqatlarımızı yekunlaşdıraraq özümüz üçün tamam başqa sahədə – REA-nın akademiki E. Muldaşevin işlərinin köməyi ilə oftalmoloqiya sahəsndə belə bir gözlənilməz sensasiyalı kəşf etdik. Amma bizi öz həmyerlimiz – Zərifə Əziz qızı Əliyevanın işləri daha heyrətləndirdi. 268-350
Gəlin problemi daha dəqiq və ardıcıl təhlil edək. Söhbət məişətin əzəli problemi – Yerin və Kosmosun sirlərindən: dünyanın, həyatın, şüurun, intellektin əmələ gəlmə möcüzəsi, həyatın təkamül mexanizmi, nəsillərin dəyişkənliyi, ölümü və ölməzliyindən gedir…
Bu problemlər bəşəriyyəti daima narahat edib. Bəşəriyyətin yüksək insanları: düşüncə sahibləri, filosovlar, alimlər özlərinə belə məşhur sualları veriblər. Nəsillər dəyişib, minilliklər keçib, bir sivilizasiyanın digəri ilə əvəz olunması – bütün bunlar məişətin əsas problemləri olub və bu gündə həll olunmamış qalır.
Başıbəlalı Yer planeti öz «həyatında» dörd sivilizasiya görmüş, hansı ki, bəşəriyyəti onlar eyniləşdirə bilər, çünki, kifayət qədər tutarlı elmi faktlar və sübutlar var. Amma dolayı – qeyri dəqiq istiqamət – izoterik faktlara görə Yerdə qlobal vəziyyətlər və kataklizmalar ən azı 15 və daha çox olmuşlar. Əlbətdəki, bu Yerin bütün tarixi deyil, çünki, Yerin tam qeoxronologiyası bəşəriyyət tərəfindən bütövlükdə qurulmayacaq. Amma bir şey şübhəsiz tam aydındır ki, hər dəfə bəşəriyyət yer sivilizasiyasında baş verən növbəti qlobal dağıntıdan və məhvdən sonra hər şeyi «sıfırdan» başlayır və yenidən doğulur. Qədim əsrlərdən, Platona görə Atlantida – dördüncü sivilizasiya – əfsanəsi haqqında məlumatlar bizə çatmış, onun ardınca isə bizim beşinci sivilizasiya yaranmışdır.
images (2) (1)Beləliklə, məlumdur ki, dördüncü sivilizasiyasının insanlarının həsəd oyadan sağlamlığı, güclü ekstrasensor – telepatik qabiliyyəti olub. Ən əsas xüsusiyyəti isə uzunömürlülükləri olub. Bütün bunlar atlantlarda burnun üstündə yerləşən üçüncü gözün olması ilə əlaqədar idi. Güman olunur ki, bu sivilizasiya öz inkişafına görə ölməzlik mexanizminin kəşfinə yaxın olmuşdur. Bu ideya sonralar Misir, Yunan manuskript əlyazmalarında əbədi gənclik, ölməzlik eleksiri və s. haqqında əsatirlər, əfsanələr və deyimlər şəklində öz əksini tapmışdır. Amma Atlantidanın müəmmalı məhvi düşüncələri qeyri ixtiyari olaraq düşünməyə sövq edir. 16 min il bundan əvvəl Yerdə nə baş vermişdir? Bəşəriyyətin deqradasiyasına səbəb nə olmuşdur: o öz fiziki gücünü, boyunu, ekstrasensor qabiliyyətini itirdi, uzunömürlülüyü isə 10 dəfə aşağı düşdü? Bir sözlə, müasir insanda – atlantlarla müqayisədə kromonyonlarda bu genetik dəyişikliklərin səbəbi nədir? Bu nədir – təsadüf yoxsa xarici faktorların dəyişməsi nəticəsində (məsələn, günəş şüalarının intensivliyinin, atmosferin qaz tərkibinin və ya yer orbitinin parametrlərinin dəyişməsi) tsiklik qanunauyğunluq? Atlantların birdən məhv olması haqqında diskussiyalar neçə əsrlərdir ki, davam edir…
Bir çox alimlər, belə hesab edirlər ki, faciə 12-13 min il bundan əvvəl baş verib. Bəs 12-13 min il bundan əvvəl, nə baş verə bilərdi? Amerikalı alim Hepqud belə bir fərziyyə irəli sürüb ki, 11 min il bizim eradan əvvəl yerin qabığı gözlənilməz halda yumşaq sərilmiş taq – astenosfer üzərindən sürülmüş və qlobal kataklizm baş vermişdir ki, nəticədə bizim planetin iqlimi kəskin dəyişmişdir. Dəhşətli kataklizm qədim sivilizasiyanın sonuna çıxmışdır. Qeyd etmək maraqlıdır ki, belə bir halın mümkünlüyünü A. Eynşteyn qəbul etmişdir. Hepqudun fərziyəsini mübahisə etmədən qeyd etmək lazımdır ki, yer prosesləri əsas işəsalma mexanizmləri sayılır. Daha bir fikir mövcuddur ki, bütün kataklizmaların səbəbi marslıların 16 min il əvvəl qlobal planetar kataklizmə gətirən uğursuz eksperimentlərinin nəticələridir.
Belə ki, dördüncü sivilizasiyanın müəmmalı məhvini analiz edərək qeyd etmək lazımdır ki, burada əsas izah olunmayan bir nüans var. Qlobal katastrof – ümumplanetar kataklizm nəticəsində – insanlar Yerdə təmamilə ölməmişlər, izsiz itməmişlər. Atlantida, Arteid, Dylmin sivilizasiyasının mədəniyyətinin ayrı-ayrı həlqələri salamat qalmışdır ki, bu da hər iki yarımkürədə qədim sivilizasiyanın həlqəsinin başlanğıcı olmuşdur. 283556_241595049195899_181779008510837_788951_4138495_n
İndiki beşinci ilə dördüncü sivilizasiya arasında prinsipial fərq ondan ibarətdir ki, o, texnokratdır, yəni elm və texnikanın inkişafı hesabına onun hərəkət qüvvəsi maddi xeyrini yarada bilir. Texnokrat mexanizmi aşağıdakı prinsiplə işləyir: elm və texnikanın inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, xeyirli nəticə bir o qədər çoxdur. İnsanın mənəvi inkişafına gəldikdə isə, o, 2-ci, 3-cü plana çəkilib. Sivilizasiyanın belə inkişafı görünür, Yerdə həyatın yaranması və məişət problemlərinin həlli istiqamətində maddi konsepsiyanın əldə olunmasına əsaslanıb. Məhz bu cür yanaşma rassional düşünən Qərblə daha həssas və irrassional düşünən və buna görə də dünyanın mahiyyətini daha dərin öyrənən Şərq arasında mübarizə yaratdı.
Əvvəlki – dördüncü sivilizasiya başqa prinsiplər üzərində inkişaf edib (burada ruh materiyanı üstələyib). Əlbətdəki, ağıl və qabiliyyətin (o dövrdə elm və texnika anlayışları mövcud deyildir) yüksək səviyyəsi ruhun inkişafının yüksək dərəcəsindən axıb gəlib, hansı ki, insan orqanizminin belə resurslarından istifadəsinə imkan verir. Burada ən əsas – insanın daxili enerjisinin gücünü cəmləməyə imkan verən, ətraf mühitə təsir göstərən şəxsi biosahələri əldə etmək və idarə etməkdir (Amerika kantinentinin qədim xalqı Mayya tərəfindən təqdim olunan «manu gücü»). Bizə fantastik qabiliyyətlər kimi görünən telekinez, ekstrasensorrika, telepatiya, öncəgörmə, reinkornasiya atlantlar üçün adi iş olmuşdur. Səbəb nədir? Atlantlar üçün adi olan qabiliyyətlər müasir insanlar üçün niyə fövqəltəbii olmuşdur? İnsanın yüksək qabiliyyəti, əqli, yüksək ekstrasensor fəaliyyəti, uzunömürlülüyü nədən asılıdlr?
Belə çətin sualların cavabı təkcə xarici faktorların canlı orqanizmə təsiri – günəş şüalarının intensivliyi, onun spektrları (infraqırmızı şüaların yaranması), günəş-yer tsikli, planetin orbitinin parametrləri və s. ilə əlaqədar deyil, o həm də daxili faktorlarla – canlı orqanizmin sahə formasından – biosahədən də asılılığı ilə də bağlıdır. Canlı orqanizmin məhz biosahəyə malik olması yoqalara enerjiinformasiya sahəsinə – «EİS» yüksək ölçüyə çıxmasına imkan verir. Təbii ki, sual meydana çıxır. Məkan-zaman ölçüsü nə deməkdir? Və yoqlar müxtəlif səviyyələrin enerjiinformasiya sahəsinə öz biosahələri ilə necə çıxırlar?
Məkan-zaman çoxölçülülük konsepsiyası.
Yuxarıda qoyulmuş suala cavab verərkən, biz qeyri ixtiyari olaraq məkan və zaman çoxölçülük konsepsiyasına baxmalıyıq. Məkan və zaman çoxölçülülük ideyası heç də yeni deyildir. Hələ qədim Misir, Hindistan, Tibet, Çində keçmiş qədim sivilizasiya müdriklərinin məkan və zaman ölçüsün, məkan-zaman konsepsiyasının ayrılmazlığı barədə öz baxışları olub. Amma, yalnız XVIII əsrdən başlayaraq məkan-zaman konsepsiyası getdikcə tədqiq olunmağa başladı və son olaraq o, elmdə məkan-zaman çoxölçülülüyü kimi formalaşdı. Onu Meibus, Yakobi, Kali, Plükker, Riman, Lobaçevski, Minkovski, Qilbert işləyib hazırlamışlar.
Beləliklə, bizim makroaləmimiz (maddi aləm) dörd ölçülü müxtəliflikdən və ya dörd ölçülü kontiniuumdan – üç məkan koordinatı – x, y, z və bir zaman koordinatı – t-dən ibarətdir. XX əsrin 30-cu illərində Kallusa-Kleynin 12 ölçülü Kainatı fərziyyə edən nəzəriyyəni yaratdı.
Amma, mikroaləmdə çoxölçülüyü qəbul edərək bir çox fiziklər həvəssiz olaraq onu makroaləmə ekstrapolyasiya edirlər, belə ki, bu konsepsiyadan makroaləm probleminin həllində istifadənin mümkünlüyünü inkar edirlər. Məkan-zaman ölçüsünün belə qiymətləndirilməsi onu deməyə imkan verir ki, adi məkan ölçülməsi ətraf mühitin real dərk edilməsi sərhəddindədir və ona strukturunu pozmadan dörd ölçülü kontiniumun elementi kimi baxmaq olar. Belə konsepsiyanın nəticəsi olaraq fiziki çoxölçülülüyün məkanın müxtəlif nöqtələrində müxtəlif cür yaranmasını ehtimal etmək olar. Dünya bir yerdə dörd ölçülü, digər yerdə isə iki ölçülü ola bilər. Buna görə də, ölçüyə məkanın hər bir sahəsini xarakterizə edən xüsusi fiziki varlıq (mahiyyət) kimi baxılır. Bunun nəticəsində çoxölçülülüyü göstərmək üçün yer, ölçülmələrin miqdarının sayılması və s. aşkarlanır. Belə hesab olunur ki, bu prinsipcə səhv yanaşmadır.
Ufoloqiyada belə fikir yaranıb ki, çoxölçülülük obyektiv reallıq deyil, yalnız obyektiv reallığın qəbul olunma formasıdır. Dünya hər yerdə çoxölçülüdür, amma, onun qəbul olunması bizim hiss orqanlarımız və alınan məlumatların dərk olunması qabiliyyəti imkanları ilə məhduddur.
Ölçülüyün dərk olunma həddi. Ölçülüyün dərk olunma həddinin sərhəddi bizim məlumatı qəbul etmək və mənimsəmək qabiliyyəti ilə müəyyən olunur. Ölçülüyün səviyyəsi nə qədər yüksəkdirsə, o, bir o qədər çox həcmdə məlumat daşıyır. İnsan beyni saniyədə 108-dən 1011 bit məlumat qəbul edib mənimsəyə bilir. İnsanın dördüncü ölçülüyünü dərk etmək üçün beynin fəaliyyəti saniyədə 1013-1016 bit olmalıdır. Amma bu kifayət deyil. İnsanda bu artan informasiyanı qəbul etmək üçün hiss orqanları inkaşaf etməlidir.
Beləliklə, əgər biz dördüncü məkan ölçüsünü dərk edə bilsəydik, onda bizim qavramağımız fantastik ola bilərdi. Biz eyni anda hər şeyi görə bilərdik, həm binanın xaricində, həm də daxilində, tikililəri, insanları, bitkiləri və s. Bütün bunlar bizim qarşımızda öz xarici formasını saxlayaraq kəsikdə təsvir olunacaqdır.
Amma müasir insanın beyninin inersiyalığı tez baş verən prosesləri bizim üçün gözəgörünməz edir və onları qeyd etməyə imkan vermir. Bir çox prosesləri orqanizmimizin məhdud xassələrinə görə biz sadəcə hiss etmirik. Qeyd etmək lazımdır ki, bu çatışmamazlıq qismən də olsa texniki vasitələrdən istifadə ilə konpensasiya olunur (məsələn, müxtəlif modifikasiyaların teleskop və mikroskoplarından istifadə). Amma, çox vaxt biz bilmirik, onlardan necə istifadə edək, nəyi və harada axtarmaq lazımdır.
Lakin, bu o demək deyildir ki, həyatda biz qəbul etdiyimiz, amma, tam dərk edə bilmədiyimiz yüksək ölçülmə faktları ilə qarşılaşmırıq. Buna görə də elmdə aztədqiq olunan halların öyrənilməsinə maraq daha çoxdur. Məsələn, köçəri quşların planetin maqnit-gücü xətti ilə orientasiya olunması, min kilometr məsafəni çaşmadan uçub öz yuvalarını asanlıqla tapmasıdır. Belə misallardan itlərin, pişiklərin, yarasaların, ilanların zəlzələ zamanı özlərini aparmalarını göstərmək olar. Xüsusilə, itlər və pişiklər polterqeys yaranan tikililərdə özlərini əsəbi aparırlar.
Belə bir təsəvvür yaranır ki, heyvanlar və həşəratlar bizim görüb hiss edə bilmədiklərimizi görüb, hiss edirlər. Bizimlə onlar arasında öz xarakterinə görə ölçülüyün dərk olunması həddinin analoqu olan görünməyən sərhəd vardır.
Qeyd etmək lazımdır ki, ali ölçülərin dərk olunması qisməndə olsa bəzi ümumi qəbul olunmuş normadan anomal kənarlanma formalarında müşahidə olunur. Bu beyin sirkələnməsi (mexaniki beyin zədələnməsi), zəhərlənmə, kliniki ölüm, ağır stress halları, hətta həyata gəlmə (doğulma) zamanı baş verə bilər.
Bu dönməyən dəyişkənliklərin xarici təzahüründə ölçülmənin dərk olunma həddinin bir qədər geniş forması və əksər insanlarda nadir müşahidə olunan xassə və keyfiyyətlər əks olunur. Bura həm də keçmiş və gələcək haqqında informasiyaların alınması və ya bizim düşüncəmizlə görünməyən əşyaları «görmə» qabiliyyəti də aiddir. Keçmiş və gələcəyi «görmə» qabiliyyəti – «görmə» zamanı çoxölçülülük konsepsiyasına əasən keçmiş və gələcək eyni zamanda mövcuddur. Ardıcıl olaraq, artıq mövcud olan gələcəyi dərk etmək üçün onun haqqında xəbərləri məlumat okeanından əldə etmək lazımdır.
Yoqalar məhz belə qabiliyyətlərdən istifadə edirlər, hansı ki, öz biosahələrini idarə edirlər və iradənin gücləndirilməsi, — «üçüncü gözün qoşulması» sayəsində başqa dünyalardan (ali ölçü sistemləri) məlumat almağı öyrənirlər. Bununla əraqədar bəzi insanların – gələcəyi görənlərin ekstrasensor bacarıqlarından danışmaq vacibdir. Misal olaraq Roza Kuleşovu göstərmək olar ki, o, bağlama daxilində olan yazıları «oxuya», gözü bağlı şəkildə əşyaların adını deyə bilirdi. Bolqariyalı Mamera Pançeva insan orqanizminin daxili vəziyyətini «görə bilirdi». Belə insanlardan biri də, Bolqariyalı gələcəyi görə bilən Vanqa fenomeni idi.
Göstərilən faktlar insanlarda «üçüncü gözün» varlığını təsliqləyir. Amma bəzi skeptiklər necə sayılar, çünki, baxmayaraq ki, üçüncü göz barəsində qədim Misir, Yunanıstan, Tibet, Çin, Hindistanın qədim əsatirlərində, əfsanələrində geniş məlumat verilib, bu anlayış tam təsdiqlənməyib və onun fizioloji təsdiqi hələ yoxdur. 117704914_fb0c854bb7
İnsanlarda üçüncü gözün mövcudluğu barəsində REA akademiki – oftalmoloq E. Muldaşev də deyib. O, təsdiq edir ki, Hindistanda hinduslar üçüncü gözü alnındakı qara nöqtə ilə göstərir…
Məkan-zaman ölçüsünün xarici faktorları ilə bərabər qoyulan sualların təhlilində alında «üçüncü gözü» funksiyası fikri üzə çıxır. Müasir təsəvvürlərə görə onun funksiyaları getdikcə tormozlanmış və o alın hissədən arxaya beyincik sahəsinə doğru yerini dəyişmişdir. Onunla bərabər müasir insanın – beşinci sivilizasiyanın nümayəndəsi olan kromonyonun yüksək fəaliyyəti də atrofiyaya uğramışdır. Üçüncü gözün funksiyalarının tormozlanması insanın uzunömürlüyünü 10 dəfə azaltmışdır, ümmun qabiliyyəti – sağlamlığına mənfi təsir göstərmişdir. Bütün bunlar 16 min il bundan əvvəl baş vermişdir.
Gəlin 16 min il bundan əvvəl baş vermiş yer kataklizmi barədə artıq danışmayaq və fikrimizi akadekim Z. Ə. Əliyevanın işlərində «üçüncü gözün» funksiyaları barədə nadir tədqiqatlara cəmləyək. «Üçüncü gözün» funksiyalarının tədqiqi akademik, uzun müddət göz xəstəlikləri ilə məşğul olan Z. Ə. Əliyevanı ilk növbədə bir oftalmoloq kimi maraqlandırmışdır.
omur_yolu_30Akademik Z. Ə. Əliyevanın elmi fəaliyyətini qısaca da olsa öyrənək.
28 aprel 2006-cı ildə Azərbaycanın əməkdar alimi, AMEA-nın akademiki, görkəmli oftalmoloq, yüksək talantlı insan, qeyri adi qəlbi olan Zərifə Əziz qızı Əliyevanın 83 yaşı tamam oldu. Onun yaradıcılıq fəaliyyətinin etaplarını şərh edərək qeyd etmək lazımdır ki, Zərifə xanım böyük ömür yolu – adi siravi həkim – oftalmoloqdan başlayaraq böyük alim – akademik yolu keçmiş və bu yolda çoxlu axtarışlar, kəşflər, nəaliyyətlər və qələbələr qazanmışdır. Onun böyük elmdə yaradıcılıq fəaliyyəti keçən əsrin 50-ci illərindən başlayıb. O zaman Azərbaycanda göz xəstəliyi olan – traxoma geniş yayılmışdır. Onunla mübarizə nəinki oftalmologiya üçün vacib idi, o həm də respublikanın sağlamlığı üçün çox vacib idi. Zərifə xanım traxomaya qarşı mübarizədə müalicəvi və profilaktik tədbirlərdə aktiv iştirak edir, özü Azərbaycanın rayonlarına gedir, həkim – oftalmoloqlara mühazirə oxuyur, əhali ilə çoxsaylı söhbətlər aparırdı. Zərifə xanım özünün elmi-tədqiqat işlərini traxomanın sağaldılmasına həsr etmişdir. Tədqiqatların nəticələri namizədlik dissertasiyasına daxil edildi və 1960-cı ildə onu müvəffəqiyyətlə müdafiə etdi. Namizədlik dissertasiyasının müdafiəsindən sonra Zərifə xanım oftalmoloqiyanın digər vacib sahələrində öz elmi-tədqiqat işlərini davam etdirdi. Sonrakı fəaliyyətini o qlaukama xəstəliyinin öyrənilməsinə həsr elədi.
Amma Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqaməti, özünün həyat fəaliyyətinin böyük hissəsini həsr etmiş görmə orqanlarının potologiyasının professional suallarının öyrənilməsi idi, hansı ki, çoxları bu işin öhdəsindən gələ bilməsidi. Bu bütün ehtimallara görə üçüncü göz ilə bağlı problemlər idi. Üçüncü göz probleminin mistikaya – qalın okkultizm dumanı ilə büründüyü bir vaxtda, yəni sovet dövründə bu barədə açıq danışmaq mümkün deyildi. Ona görə də bu problem haqqında heç bir elmi yanaşmadan söhbət gedə bilməzdi. Bu istiqamətdə, bu problem çox çətindir və buna görə də o, nəinki oftalmoloqiya sahəsində həm də fundamental, eksperimental elmlərin dərin biliyini və həm də sosial-ictimai fəaliyyətini tələb edirdi.
Çoxillik ardıcıl müşahidələrin nəticələri, bu sahədə kliniki və eksperimental tədqiqatlar onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci il Zərifə xanım Əliyeva dünyanın ən avtoritar oftalmoloji mərkəzi – göz xəstəlikləri üzrə Q. Qelmqols adına Moskva elmi-tədqiqat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Bizim tarixin sovet dövründə bu fakt çox vacib idi. Sovet tibb elminin məhşur şəxsiyyətləri qarşısında heç bir həkim, belə bir müdafiəni öz üzərinə götürə bilməzdi. Amma Zərifə xanım nəinki talantlı alim, o, həm də cəsarətli qadın idi. O, özünün yüksək fəaliyyət səviyyəsini doktorluq dissertasiyasının müdəfiyəsi ilə bir daha sübut etdi. Bundan başqa o, Azərbaycan elminin yüksək səviyyəsini təsdiqlədi.
imagesOftalmologiya sahəsində böyük nəaliyyətləri, çoxillik elmi-tədqiqat işləri sahəsində 1981-ci il professor Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən böyük mükafat – akademik Averbax adına SSSR-i Tibb Elmlər Akademiyasının mükafatını aldı və 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçildi.
Sonralar üçüncü göz fenomeninin tədqiqatı problemi ilə əlaqədar onun elmi zənginliyindən danışarkən, qeyd etmək lazımdır ki, göz funksiyalarının inkişaf dəyişikliyi, iqlim dəyişikliyinin təsir mexanizmi, müxtəlif zədələr – beyin sirkələnmələri, şüalanma, zərərli kimyəvi maddələrin təsiri problemlərini öyrənərkən onun diqqətini infraqırmızı şüalarla insan beyninin şüalanması effekti ilə bağlı vəziyyət cəlb elədi. Buradan dolayı sensasiyalı nəticə çıxır ki, infraqırmızı şüalar üçünü gözün funksiyalarının bərpa olunmasını «stimullaşdırır». Bu nəticə dərin düşüncələrə gətirib çıxardır: o nə dərəcədə realdır? Yeri gəlmişkən, belə nəticəyə «yapon fenomenini» — Xerosima və Naqasakiyə atom bombalarının atılmasından sonra güclü infraqırmızı şüalanmanın təsiri nəticəsində müharibədən sonrakı iqtisadi BUM – tədqiq edən amerikalı alimlər də gəlmişlər. Bu tədqiqatlar nəticəsində onlar günəşin aktivliyinin 58 illik tsiklini – infraqırmızı şüalanmanın güclü partlayışını aşkar etdilər, hansı ki, dahi insanların doğulması bununla əlaqədardır. Bu suala biz  «Dahilərin doğulması Allahın işi, Təbiətin şıltaqlığı və ya Günəş tsiklinin açılmamış qanunauyğunluğudur? Günəşdə infraqırmızı şüaların partlayışının 58 illik mexanizminin müəmmaları» adlı məqalədə baxmışıq.
İnfraqırmızı şüalanma – üçüncü gözün funksiyalarının bərpasının stimulyatorudumu?
Beləliklə, akademik Zərifə xanım Əliyevanın işlərindən belə bir nəticə çıxır: İnfraqırmızı şüalanma – üçüncü gözün funksiyalarının bərpasının stimulyatoru?! Sual olunur, bu cür dərin biliklərin mənbəyi haradan götürülür? Qeyd etmək lazımdır ki, akademik Zərifə xanım Əliyeva ardıcıl surətdə oftalmologiya ilə məşğul olarkən son illər alman alimləri ilə əməkdaşlıq edirdi. Xüsusilə də, o, Almaniyanın məhşur elm məktəbi – Maks Plank cəmiyyəti ilə sıx elmi əlaqədə idi. Görünür buna görə də, öz dövründə optika – spektral analiz – infraqırmızı şüalanma ilə məşğul olmuş gökəmli alman alimi Q. L. Qelmqolsun işləri ilə yaxından tanış idi.
Akademik Zərifə xanım Əliyevanın sensasiyalı kəşflərini təsdiqləyən hansı arqumentlər var? İş ondadır ki, məhz bu problem fundamental kosmik tədqiqatlarda – «kosmik insan» adlanan insanın yeni genotipinin yaradılmasında daha aktualdır. Məsələn, «PATTERN» — Amerika proqramına görə yüksək əqli-intellektual qabiliyyətə, yüksək fiziki sağlamlığa, uzunömürlülüyə malik «kosmik insanın» yaradılması əsas məsələdir və Uzaq kosmosu fəth etmək üçün gələcək kosmonavtlar üçün çox vacibdir. İnsanın kosmik genotipini yaratmaq üçün, üçüncü gözü «stimullaşdırmaq» lazımdır ki, (məsələn, insan beynini infraqırmızı şüalarla effektli şüalandırmaq) bunun nəticəsində insanın əqli, intellektual qabiliyyəli, immun fəaliyyəti – sağlamlığı və uzunömürlülüyü də stimullaşa bilər.
Qısa xülasə: İnfraqırmızı şüalanmanın mexanizmi bir neçə elmi aspektlərdə maraq doğurur. Birinci, astrofizika nöqteyi nəzərdən 58 illik günəşin infraqırmızı partlayışını təbiəti neçə başa salaq? İkincisi, bunun insanın bioloji varlıq kimi formalaşmasına təsiri necə olacaq? Konkret halda ondan kosmik genotipi: insanın yaradılmasında necə istifadə edək?
Məlumdur ki, hər 58 ildən bir günəş spektrində qırmızı irəliləyiş yaranır. Təbiətin bu hadisəsi hələ tam açılmayıb və tədqiq olunmayıb. Parodoksal olsa da qədim Misir, Vavilon kahinləri 58 ildən bir qırmızı şüaların günəş spektrində irəliləyişini bilirdilər.
Bu nadir hadisənin unikallığı nədədir? Günəş spektrinin infraqırmızı şüalanma ilə irəliləməsi mexanizmi nə ilə bağlıdır?59473711_n
1987-2007-ci illər ərzində UNO fenomeninin tədqiqi bizə belə bir ideyanı irəli sürməyə imkan verir ki, Günəş spektrinin infraqırmızı şüalanma ilə irəliləməsi mexanizmi xronal sahələr mexanizmi, zaman yolunun dəyişməsi (zaman gedişinin sıxılması və onun sürətlənməsi) ilə əlaqədardır. Zaman gedişinin dəyişməsi isə daxilində baş verən nüvə proseslərinin sürətinin dəyişməsi ilə əlaqədar günəş diskinin sıxılması nəticəsində qravitasiya qüvvəsinin və ya onun fırlanma sürətinin dəyişməsi ilə əlaqədardır.
Bizim fikrimizcə, bu özünəməxsus effekt Dopler effekti ilə anoloqudur, nə vaxt ki, obyekt böyük sürətlə müşahidəçiyə qarşı uzaqlaşır o zaman spektrin qırmızı gedişi yaranır. Nə vaxt ki, obyekt böyük sürətlə müşahidəçiyə yaxınlaşır bu zaman günəşin spektrində göy gediş (fiso effekti) yaranır. İndiki halda isə günəş spektrinin qırmızı gediş effekti zaman yolunun dəyişməsi, onun güclənməsi sayəsində baş vermişdir. Bu fakt hər 58 ildən bir baş verir?! Bu günəşin öz oxu ətrafında fırlanma sürətinin artması ilə də əlaqədar ola bilər?! Balansı bərpa etmək üçün görünür əksinə proseslər də baş verir: Günəşin daxilində nüvə proseslərinin intensivliyinin artması nəticəsində günəş diski yenidən genişlənir, zamanın sıxılma prosesi onun irəliləməsi ilə əvəz olunur və nəticədə günəşin öz oxu ətrafında fırlanma sürəti bərpa olunur.
Bütün təqdim olunan mülahizələrdən aydın olur ki, zaman yolunun dəyişməsi günəşdə baş verən xronal sahələrin şüalanma gücünün dəyişməsinə gətirir. Əgər bizim düşüncələrimiz həqiqətə uyğundursa, onda yeni kəşfin ideyasını formalaşdırmaq olar. Zaman yolunun dəyişməsi – sıxılması Dopler effektinə oxşar olan Günəş spektrində infraqırmızı gediş yaradır. Buradan çox uzaq nəticə çıxır: zaman yolunu dəyişərək ulduz təkamülünü qısaltmaq və ya uzatmaq olar?!Günəşdə infraqırmızı şüaların partlamasının 58 illik tsiklini astrofiziki spektrdən belə təhlil etmək olar.
Qeyd etmək lazımdır ki, UNO öz ətrafında anomal halları: zaman yolunun dəyişməsi, radioəlaqənin pozulması, maqnit və elektrik sahələrinin dəyişməsi, radiasiya fonunun dəyişməsini idarə edən xronal sahələr yaradır.
İkinci aspektə gəldikdə isə bu infraqırmızı şüaların canlı orqanizmlərə təsiridir. Bu şüalanma üçüncü gözün funksiyalarının aktivləşməsinə müsbət təsir göstərir. Bunu atlantların həyat tərzinin geniş analizi sübut edir. Yeri gəlmişkən, atlantlar – dördüncü sivilizasiyanın nümayəndələri yerdə yaşayıblar. O zaman səma, atmosfer göy rəngdə deyil qırmızı rəngdə olub. Məhz bu faktor görünür atlantların — dördüncü sivilizasiyanın nümayəndələrinin yüksək talant və dahiliyi mexanizmini göstərir, hansı ki, burada üçüncü gözün aktiv fəaliyyəti gələcəyi görmə, telepatik qabiliyyətlərə təsir göstərir. Planetin qeoaktiv zonalarında, şüalanmanın yüksəkliyi hiss olunan sahələri var. El-Nino adlı isti axının tsiklik oyanması ilə əlaqədar belə zonalar vaxtaşırı tektonik süxurlar – infraqırmızı şüaların uducuları sahələrində yerləşən Xəzər akvatoriyasında da baş verir.
Bu faktlar Azərbaycanda, xüsusilə Abşeronda belə patogen zonalar çoxluğunu izah etməyə imkan verir, hansı ki, xalqın dilində «ocaq» adını alıb. Bu ocaqlar insanlara həm şəfaverici və bəzən də neqativ təsir göstərir. Ocaqlar güclü psixoqen enerjiyə malikdir, tektonik suxurlar isə onların enerji mənbəyidir.
Sonunda qeyd etmək lazımdır ki, bu akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyəti və dünya elminə verdiyi fundamental zənginliyi haqqında ilkin məlumatlardır. Akademik Zərifə xanım Əliyevanın işlərində ən böyük maraq üçüncü gözün funksiyasının aktivləşmə mexanizminə iqlim dəyişkənliyinin təsirinin tədqiqidir. Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyəti barədə dolğun məlumat almaq, dünya elmində onun fəaliyyətinin dəyərini qiymətləndirmək üçün onları daha aramla və fundamental yolla tədqiq etmək lazımdır.

Реклама
By Teymur Kasamanli Posted in HOME