KOSMİK ƏSRİN SENSASİYASI – «ALİ ŞÜRUN MÖHTƏŞƏM SİRLƏRİ»DÜNYANIN DƏRK OLUNMASI MEXANİZMİNDƏ HİPTONİK REQRESS METODU.


fuadF. Q. Qasımov ANAKA, «planetin kosmik manitorinqinin elmi əsasları» sektorunun müdiri, fizika-riyaziyyat elmləri doktoru, BMT-nin nəzdində BEİA–beynəlxalq enerji-informasiya Akademiyasının və BMT-nin nəzdində informasiologiya akademiyasının akademiki.

«…Biz Allahın yerini Kainatın hüdudları kimi müəyyən edə bilərik, yəni ki,onu kim hərəkətə gətirməlidir.Əgər biz nəzəriyyənin yekununu əldə etmək istəyiriksə, biz bu sərhəddə nə baş verdiyini bilməliyik. Əks halda biz ancaq bu nəzəriyyənin tənliyini həll edə bilərik…» Məqalənin əvvəlində epiqraf kimi verilən bu sözlər görkəmli ingilis astro-fizika alimi, Nobel mükafatı laureatı Stiven Hokinqə aiddir.

Bu onun, jurnalist, fəlsəfə elmləri doktoru R. Uebrin: «Kainatın, Mirozdaniyanın sirlərinin həllində, müasir elmdə Allaha yer varmı?» sualına cavabı idi. Və S. Hokinq Allahın yerini Kainatın sərhəddində təyin etdi. Onun sözlərinə görə, «müəyyən etmək lazımdır ki, doğurdanmı zaman-məkan sərhədsizdir?! Əgər onun sərhəddi varsa, onda kimsə onun arxasında baş verən hadisələri öyrənməli olacaq. Və onda, həqiqətən bizim Allahın köməyinə ehtiyacımız olacaq…»

Son zamanlar Allahın mövcudluğu sualına yeni elmi termin – «Ali şüur Kainatın «heçnədən» yaradılması mexanizminin təhlilinin həqiqi faktoru hesab olunur. Məhz bu sual məişətin məkirli problemlərinin dərk olunmasında bizə kömək edir: həyatın yaranma mexanizminin, həm də, dərrakəli həyatın. Əlbətdə ki, buraya Kainata paralel olan virtual – «N» ölçü dünyası, — paralel dünyaların problemləri də aiddir, — hansı ki, «mikrokosmos makrokosmosu idarə edir» — prinsipi ilə bizim fiziki və maddi dünyamızı idarə edir.»

115_n

Bildiyimiz kimi ufoloqiya – UNO və anomal hallar (AH) elmi «N» — ölçü kordinatları ilə bağlı virtual dünyaların mövcudluğunun tədqiqini özündə birləşdirir. UNO və AH haqqında ufoloji ədəbiyyatları analiz edərək biz belə qərara gəlirik ki, qədim dövrlərdə qədim dünyanın alimləri virtual dünya (axirət) haqqında kifayət qədər dəqiq məlumata malik idilər və onlar görünməyən və dərk olunmayan dünyalarla uğurlu əlaqələrə cəhd etmişlər. Məhz virtual dünyalarla telepatik əlaqələr dərin fəlsəfi düşüncə üçün qida vermiş və ilk baxışdan qədim insanlar üçün qeyri təbii və qeyri adi sualların formalaşmasına imkan yaratmışdır. Təfəkkür nədir? Uzaq məsafələrə o necə paylanır? Onu necə qiymətləndirmək olar və onun yayılma surəti necə ölçülür? 

Bu sual hələ Vavilonun, Misirin, Hindistanın, Çinin, Yunanıstanın qədim müdriklərini çox narahat etmişdir. Bu sualı qədim yunan alimi Platon (427-347) öz əsərlərində daha geniş işıqlandırmışdır. İlk dəfə olaraq məhz o, öz məşhur «Dialoq» əsərində təfəkkürün maddiliyi haqqında qeyri-adi ideyanı irəli sürmüşdür. Özünün eydos (eydos – təfəkkür, Platonun termini) haqqında işlərində o təfəkkürün maddiliyini təsdiqləyirdi. Buradan paradoks fikir yaranır. Çünki qədim Vavilon, Misir, Hindistan, Çin müdriklərinə məlum idi ki, təfəkkür işıq surətindən yüksək surətlə «ani» yayılır!

Bundan əlavə, qədim Hindistanın, Nepalın müdriklərində «ünsiyyətin» 8 kanallı mexanizmi – insanların kosmosla əlaqəsi, yuxu zamanı informasiyanın əldə olunması mexanizmi, yuxugörmə mexanizmi, Yerin enerjiinformasiya sahəsinə çıxışı, günəş sistemi, qalaktika və bütünlükdə kainat – haqqında məlumat var idi.
Platonun işlərindən məlumdur ki, 4-cü sivilizasiyanın nümayəndələri – atlantlar gələcəyə nəhəng məsafələrdə istənilən növ telepatik göndərişlərə dair sirlərə malik idilər. Qədim Misir kahinləri, görünür atlantlardan estafeti qəbul etmiş, onların bilikləri Xeops piramidasında firon qəbirlərində toplanmışdı, hansı ki, ruhun teleportasiyasını həyata keçirməyə və onun virtual dünyalarda və informasiya məkanında fikrən daşınmasına və bütün Kainatın araşdırılmasına imkan verir?! Qeyd etmək lazımdır ki, Amerika alimləri tərəfindən aparılmış son tədqiqatlar göstərir ki, Xeops piramidası möcüzəli xüsusiyyətlərə – başqa-vitrual dünyaların «informasiya məkanına» çıxışı – malikdir.Çünki, Xeops piramidası, onun zirvəsi xüsusi energetik xüsusiyyətlərə malikdir, hansı ki, insanın alnında yerləşən «3-cü gözünün» fəaliyyətinə, qalaktika və kainat seyrəkliyinin informasiya məkanında öz ruhunu teleportasiya etməsinə imkan yaradır,bununla bütün kainatı məkan-zaman istiqamətində gözlə müşahidə etmə imkanlarını artıtır.Qədim Misir kahinləri bu metodları bütün elmi tədqiqatlar üçün istifadə etmişlər. Xüsusilə də özlərinin dəqiq astronomik hesablamaları zamanı.Məsələn, günəş tutulmalarının qabaqcadan deyilməsi,Nil çayının daşması, ulduzlar, qalaktikalararası məsafələrin ölçü məlumatlarının alınması, günəş sisteminin ölçüləri və s.

patanjali1

Bu əlaqələrdən, qədim Hindistanın telepatik yoq qabiliyyəti çox təəccüblüdür, yeri gəlmişkən o qabiliyyət indi də mövcuddur. Müasir yoqa yeni çalışma sistemini işləyib hazırlamışdır, hansı ki, onun köməyilə özünün telepatik fəaliyyəti artırılır və yaılır. Belə ki, qədim Hindistanda yoqalar Kainatın bütün qeyri obyekt «sonluqlarına», onun haqqında informasiya almaq üçün hiptonik göndərişlər etmişdir. Çox vaxt yoqlar bir neçə ay davam edən litarqik yuxuya gedirdilər və yuxudan ayıldıqdan sonra onlar dünyaya Kainat, qalaktika, ulduzlar və gələcək haqqında düzgün olmayan məlumatlar gətirirdilər. Bundan başqa, onlar hansısa yolla Kainatın obyektləri haqqında ölçü məlumatı alırdılar və günəş sistemində planetlər, ulduzlar arasında məsayəni «ölçmək» imkanları əldə edirdilər. Belə ki, qədim Misirlilər Günəş və Yer arasında olan 149 mln. km məsafəni (≈150 mln. km) bilirdilər. Nəzərə almaq lazımdır ki, Xeops piramidasının hündürlüyü nə vaxtsa 149 m-ə bərabər olub, yəni Günəşlə Yer arasında məsafənin milyard dəfə kiçik surətidir. Belə bir mülahizə var ki, bəzi dünya konstantı və günəş sistemi səviyyəsində Xeops piramidası metrik ölçülərdə kiçik formada şifrələnib. 

Məsələn, «P» ədədi, və bucaqların radion ölçü mexanizmin hətta şifrələnməsidir. Bundan başqa metrik ölçülərdə Xeops piramidası və onun yeraltı gizli keçidlərində şifrələnmiş məlumatların – «kod» — Merozdaniya və Kainatın təkamülünün əsas parametrlərinin mexanizmi haqqında əlifba rəqəmli kod – olması ehtimal edilir. Amma bu mövzu xüsusi tədqiqatların predmeti sayılır və bu mövzuya bu məqalədə toxunmayacayıq.
Qeyd etmək lazımdır ki, Vavilon və Misir dövründən məlum olan hiptonik reqresiya Şərqdə geniş yayılmışdır və bundan bir çox orta əsr alimləri Kainatın ayrı-ayrı obyektləri və bütünlükdə Kainat haqqında real və obyektiv məlumatlar haqqında öz elmi tədqiqatlarında geniş istifadə edirdilər.
Fərəhləndirici haldır ki, bizim əcdadlarımız olan N. Gəncəvi, N. Tusi, İ. Nəsimi öz tədqiqatlarında hiptonik reqresiya metodlarından istifadə etmişlər.
Hiptonik reqresiya metodu ona əsaslanıb ki, qədim alimlər Kosmosda ruhun deleportasiyasının sirrini bilirdilər. Əsasən ruhun teleportasiyası – onun məkanda göndərilməsi – üçün qədim müdriklər 10-13 yaşlı oğlanlardan və ya 14-19 yaşda qız uşaqlarından istifadə edirdilər, belə ki, bu yaş həddində onlar çox yaxşı retrotransletorlar – təfəkkürün məsafədən «telepatik qəbuledicisi» hesab olunurdu. Qədim alimlər hipnoz altında uşaqların ruhlarını qarşısına konkret tapşırıq qoyaraq Kosmosa göndərirdilər. Məsələn, Yerdən Günəşə qədər məsafə nə qədərdir və ya günəş sistemində yaxın planetin ölçüləri negədir: Mars, Venera və s.
Son illər məlum olub ki, M. Nastradamus 3000 il sonranı qabaqcadan xəbər verməyi reallaşdırmışdır, çünki, o, son illər Misirdə kabbalistika – qədim Misir elminin sirlərini öyrənmişdir. Xeops piramidasında yazıların, heroqliflərin, İsgəndəriyyə kitabxanasında qədim yazıların açılması ilə məşğul olmuşdur. O qədim Misir heroqliflərini çox dəqiq açmış və onlarda olan məlumatları əldə etmişdir.
Şərq alimləri də bu və ya digər dərəcədə qədim elmlərin sirlərini bilirdilər. Bu alimlərin arasında biz böyük fəxrlə 400-500 il Avropa renesansını qabaqlayan müsəlman renesansının nümayəndələrini misal göstərə bilərik. Bu müsəlman renesansının ulduzlarına böyük Azərbaycan alimlərindən – N. Gəncəvi (1141-1203), N. Tusi (1204-1274), İ. Nəsimi (1370-1417) də aiddir.
Qədim əsatirlər və qədim dünya tarixini tədqiq edərək, biz görürük ki, qədim dövrlərdə qədim dünyanın – Vavilon və Misir kahinləri həm də digər xalqların müdrikləri keçmiş və gələcək arasında telepatik hiptonik göndərişlərin aparılmasında böyük elm və təcrübəyə malik idilər. Məsələn, Çin kahinləri, dəqiq desək Nepal şamanları insanın telepatik qabiliyyəti və onun uzunömürlülüyü üçün insanın beyinciyinə gümüş iynə vururdular və bununla insanda xüsusi telepatik qabiliyyətlərin yaranmasını stimullaşdırırdılar. Dəqiq desək, iynəni insanın beyinciyinə daxil etməklə yoqlar insanda alında yerləşən 3-cü gözünün «görməsini» stimullaşdırırdılar. Bundan əlavə keçmiş və gələcəyə öz telopatik göndərişləri üçün (dünya enerjiinformasiya məkanında) qədim alimlər 10-14 yaşda oğlan və 14-19 yaşda qız uşaqlarından istifadə edirdilər. Bu onunla izah olunur ki, bu yaşda yeniyetmələrin beyni ekstrasensor qabiliyyətə, hissiyyata malik olur və telepatik seanslara və əlaqələrə yararlı idi.

nassireddin-tutsi

Qeyd etmək lazımdır ki, hiptonik reqressiya metodu, görünür orta əsrlərdə Şərqdə də geniş istifadə olunmuşdur və çox məşhur olmuşdur. Xüsusilə, orta əsrdə Azərbaycanda bu metodlardan N. Gəncəvi, N. Tusi Kainat haqqında məlumat almaq üçün bir alət kimi istifadə etmişlər. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanın ərazisində görünür hepertonik reqressiya mexanizminə malik «sehrbazlar məktəbi» olmuşdur. Yeri gəlmişkən, bu gün də Azərbaycanda, xüsusən də Gəncədə və Bakıda keçmiş və gələcəyə ruhi göndərişləri həyata keçirmək qabiliyyətli hepertonik reqressiya mexanizminə malik olan sehrbazlar məktəbinin nümayəndələri var. Kabbalistika ilə məşğul olan sehrbazlar məktəbinə N. Gəncəvi, N. Tusi və İ. Nəsimi kimi dahilərin əlaqələri haqqında danışarkən qeyd etmək lazımdır ki, bu dahilərin həyat tərzindən aşağıdakılar məlumdur, məsələn, özünün son illərində N. Gəncəvi dərvişlik etmiş və bütün Şərqdə səyahət etmişdir. Onun əsərlərindən məlum olur ki, o Misirdə, qədim İsgəndəriyyənin məşhur kitabxanasında olmuşdur, hansı ki, burada kabbalistika (sirli elmlərin açılması) ilə məşğul olurludar və o burada qədim yunan və Misir alimlərinin işləri ilə tanış olmuşdur. Məlumdur ki, N. Gəncəvi dörd – ərəb, qədim latın, fars və qədim yunan dillərində yaxşı danışırdı. 

Bu sözləri eyni zamanda dahi N. Tusiyə də aid etmək olar, hansı ki, qədim Şərqi gəzmiş və o da həmin dörd dildə danışa bilirdi. Yeri gəlmişkən dahi Nizami haqqında danışarkən qeyd etmək lazımdır ki, «Xəmsə» — beş poemadan başqa o, 30 min beyt şer yazmışdır, amma, onlar izsiz yox olmuşdur. Ehtimal olunur ki, məhz bu əsərlərində o, dünya görüş, fəlsəfi xarakterli elmi tədqiqatlarını cəmləmişdi.
Və, nəhayət İ. Nəsimi – elmin şəhidi, sözsüz ki, kabbalistikanı mənimsəmişdi. Bundan əlavə, o da, dərviş qiyafəsində bütün Şərqi gəzmişdi. Xüsusilə o Suriyada da olmuşdur, burada o qəddar cəzaya – diri-diri dərinin soyulmasına – məruz qalmışdı.
Beləliklə, təbiətin fundamental qanunlarını dərk etmək məqsədilə dünya enerdiinformatika məkanına ruhun göndərilməsi – hiptonik reqressiya metodunu istifadə edərək Ali Şüurla əlaqə yolu ilə əldə olunmuş aprior (təcrübəyə qədər) biliklər bəşəriyyətə yer elminin – yer sivilizasiyasını yaratmağa imkan verdi! Bunun təsdiqi kimi, kosmosda orbitdən dəqiq izlənən planetin istənilən müxtəlif səthində yerləşən qədim meqalit tikililəri misal göstərmək olar. Kosmosdan daha dəqiq görünüş bir tərəfli qanunauyğunluğu qeyd etməyə imkan verir. Belə ki, bütün bu meqalit tikililər 27-ci paralelə doğru cəmləşiblər və planetin seysmik xəttini (planetin daha çox qeoaktiv əraziləri: Bermud üçbucağı, Şeytan dənizi (yaponiya sahilləri), Saxara səhrası, Qobi, Nepal (Himalay), Böyük Misir piramidaları zonası, Qafqaz, Xəzər sahilləri və s.) əhatə edir. Buradan təbii ki, sual meydana çıxır.
Meqalik tikililərin hansı funksiyaları var?
Hansı məqsədlə və kim tərəfindən onlar yaradılıb?
Verilən suala cavab verərək qeyd etmək lazımdır ki, axır zamanlar belə bir fikir yaranıb ki, meqalik tikililərin funksiyaları müxtəlif məqsədli xarakter daşıyır. Bu tikililərin gəlmələr tərəfindən qurulması və ya, əks halda onların insanlardan muzdlu işçi kimi istifadə etməsi ehtimal olunur. Tikililərin quruluşu, onların qurulması texnikası ideyası və s. həmin gəlmələrə aid idi. Bu tikililərin yaradılmasının əsas məqsədi Kosmosdan yerin orbital nəzarətini təmin etməkdir. Elektrik yükünün və dalğaların inversiya işarəsinin dəyişməsinin köməkliyi ilə seyrəkləşmiş seysmik qurşağın – şüurun energetikası vasitəsilə «idarə olunması» da mümkündür.

ower_2006_03

Onlar bir növ açıq havada olan qədim rəsədxana hesab olunur, məsələn, Bakıdakı «Qız Qalası» tikilisi, hansı ki, çox məqsədli meqalik tikili hesab olunur. Bizim fikrimizcə, Qız Qalasının UNO-nun Xəzərin dərinliyində tektonik dağıntılarda yerləşən yeraltı bazası ilə əlaqəsi var. 

Deyilənləri analiz edərək, nəticə çıxarmaq olar ki, zaman keçdikcə bəşəriyyət izotermik bilikləri itirdi: Yerin təkamülünə görə, müxtəlif qlobal katalizm nəticəsində bəşəriyyət, (məsələn, iqlimin dəyişməsi: periodik istiləşmə və soyuqlaşma — konkret halda Atlantidanın məhvi) çoxdan yaddan çıxmış elmləri özünə yenidən kəşf etməli və praktik olaraq dünyanı özləri üçün yenidən açmalı oldular. Bu qısa icmalı kritik olaraq izlədikdə, qeyri-ixtiyari olaraq sual meydana çıxır. Bu gün – XXI əsrdə vəziyyət necədir?
Məlumdur ki, Yerin qədim sivilizasiyasında məkan-zaman üzərində hakimiyyət teleportasiya yolu ilə – ruhun göndərişləri — Kosmosun sərhədsiz məkanındakı fikirlərin, izoterik biliklərin əldə olunması yolu ilə – həyata keçirilirdi. Bu sirlər bu günkü gündə qədim sivilizasiyasının sirli biliklərini təşkil edib və edəcək. Amma ən cəlbedici ideya ruhun teleportasiyası yolu ilə gələcək haqqında informasiya almaqdır və bu dünyanın qabaqcıl ölkələrinin alimləri üçün bu gün əsas obyekt sayılır. Bu ölkələr sırasına ABŞ, Rusiya, Fransa, Almaniya, Yaponiya, Çin, Hindistan və başqaları aiddir, amma, buna baxmayaraq rəsmi elm qədim elmlərlə hesablaşmır.
Bununla belə, hiptonik reqressiya mexanizmi dünyanın qabaqcıl ölkələrinin kəşfiyyat orqanları üçün böyük maraq doğurur. Amerika ekstrasensi İnqo Svann Stenford Universitetinin professoru Pitxoffa datçik — insanın iştirakı olmadan ruhun teleportasiyasının hiptonik reqressiya – göndəriş yolu ilə uzaqgörənlik mexanizminin «işlənməsini» yoxlamağı təklifini verdi. Svann belə qərara aldı ki, 1972-ci ildə NASA tərəfindən buraxılmış «Pioner-10» planetlərarası stansiyadan qabaq Yupiter planetini görsün. Svan planeti «gördü» və onun ətrafında halqa müşahidə etməsi onu həm çaşdırdı həm də təəccübləndirdi! O düşündü ki, yəqin səhvən Yupiter əvəzinə Saturna gedib. Eksperimentdə iştirak edən Pitxoff, onun əməkdaşları ilə yanaşı astronavtlar da təəccübləndilər. Beləki, «Pioner-10» sübut etdi ki, Yupiterin ətrafında həqiqətən halqa var!
Qeyd etmək lazımdır ki, hiptonik reqressiya metodunun Amerika alimi-psixoloq, doktor Brüss Qoldberq tərəfindən başlamış açılmasının əvvəlki tarixi çox qəribə idi.
1977-ci ildə hiptonik reqressiya zamanı, onun Françeska adlı pasienti birdən gələcəyi «yada salmağa» başladı. Bu nadir hiptonik seansın yazıları saxlanılıb:
— Mən xüsusi proekt üzərində işləyirəm.
— Hansı proekt?
— Marsın yaxınlığında asteroid aşkarlanmışdır…
Mənə onu tədqiq etmək tapşırılmışdır.
— Bu hansı ildə baş verib?
— 2683-cü il.
Françeskanın xəyalına görə XXVI əsrdə onun adi Tia-dır və o, antropoloq olub. Marsın yaxınlığındakı asteroiddə insan koloniyası yaradıldıqdan sonra, Tianı ora onların mədəniyyətini öyrənmək üçün göndərilibmiş. Özünün elmi rəhbərliyinin köməyilə o, koloniyanın daxili qarşılıqlı əlaqəsini öyrənmiş və asteroiddəki insanlar tərəfindən açılmış kəşflə bütün dünyanı heyrətləndirdi! Onlar bədənlə ruhun bir-birindən ayırmağa və onların bütün Kainatı böyük surətlə səyahət etməyi öyrənmişlər!
Doktor Qoldberq bu açıqlamadan heyrətə gəlmişdir. O, hipnoz altında gələcəyə səyahəti hiptonik reqressiya adlandırdı. O vaxtdan sonra o, öz həyatını bu işin tədqiqinə həsr elədi. Artıq 25 ildir ki, gələcəyə telopartal göndəriş məqsədilə o, hiptonik reqressiya problemi üzərində işləyir. Amma, bu hadisənin mexanizmi təmiz açılmayıb. Bu illər ərzində nəyi aşkar etmək mümkün olub? Bu fenomeni müasir elm necə açıqlayır?
Bu fenomeni amerikalı həkim, doktor, psixoloq Brüss Qoldberq necə izah edir? Onun sözlərinə görə, o, mütəmadi olaraq hiperməkanda səyahət edir və orada xrononavtlarla görüşür. Xrononavtlar – bizim uzaq gələcəyimizin insanları. Xrononavtlardan biri olan Raksa ilə onun arasında əlaqə yaranmış və onlar arasında dostluq münasibətləri əmələ gəlmişdir. Traksa XXXVI əsrdə zamana görə səyahət adi hal olduğu vaxt Yerdə yaşayır. O öz fiziki bədənini keçmiş və gələcəkdə enerji tunneli ilə «öyrənə» bilər, hansı ki, kosmik məkanda «qara deşik» — yüksək gərginliyə malik qravitasiya sahəsinə malik və sərhədsiz sıxılmaya məruz qalan nəhəng ulduzların dalıqları — əmələ gətirir. Ruhun gələcəyə teleportasiyası fenomeninin izahının bu elmi mülahizəsini bu sahədəki bir çox qabaqcıl mütəxəsislər dəstəkləyirlər. Bununla yanaşı qara dəliklər özgə məkan-zaman ölçülərində teleportasiya mexanizmi problemi o qədər böyük və fundamental mövzudur ki, o xüsusi olaraq ayrıca öyrənilməlidir. Hal-hazırki məqalədə biz bu problemə detallar səviyyəsində baxmırıq.
B. Qoldberqin eksperimentlərinə yenidən qayıdaraq, qeyd etmək lazımdır ki, onun sözlərinə görə, xrononavtlar (xronon sözü zaman kvantı mənasını verir – zamanın elementar vahidi) bizim zamana (onlar üçün bu artıq uzaq keçmişdir) bizim həyatda baş verən hadisələri izləmək və onlara təsir göstərmək üçün tez-tez reydlər keçirirlər. Traksanın sözlərinə görə, o, doktor Qoldberqdən indiki yer əhalisinin uzaq əcdadlarının zamana görə intellektual və ruhi inkişafı haqqında səyahət imkanlarına dair informasiya ötürücüsü kimi istifadə etməzdən qabaq bir neçə il ərzində onun fəaliyyətini izləmişdir. Traksanın sözlərinə görə bəşəriyyətin zamana görə səyahət imkanlarını 3050-ci ildə Taotos adlı alim kəşf edəcək. Qədim Misir və Yunanıstanda o Hermes kimi tanınırdı və o, bəşəriyyətin xrononavtlarla «praktika aparan» ilk adam idi. Keçimşə nəzər salmazdan qabaq, Taotos özünün həcmli holoqrafik təsvirlərini göndərirdi. Bu təsvirlər hamıda çaxnaşma yaratdı və onlar bir çox hallarda Misir, Yunanıstan, Romanın qədim sivilizasiyasının orakul və digər yuxuyozanlarının qarabasmaları kimi qəbul olundu. Bizim zamana daxil olmaq üçün enerqetik tunelin texniki istifadəsi tam olaraq XXXV yüzillikdə başa çatacaq. Traksanın sözlərinə görə, bizim planetimizdə zamana görə bizdən 1-3 min il geri qalan çoxlu sayda xrononavtlar var. Onlar heç bir yolla özlərini nəzərə çarpdırmırlar, öz müşahidələrini hiperməkandan aparırlar və buna görə də biz onları görmürük. Təbii sual: niyə biz onları aşkara çıxara bilmirik? Müasir elm bu paradoksu – təbiətin fenomenini – izah edə bilərmi?
Virtual dünyaların «strukturu»
İş ondadır ki, müasir insan dörd ölçülü sistemli maddi dünyada yaşayır: üç məkan koordinatı: uzunluq, en, hündürlük (ya da dərinlik) və bir zaman koordinatı. Biz zamanı məkan-zaman kontiniumunun dördlü ölçü sistemində görməsəkdə qəbul edə bilərik. Yeri gəlmişkən, zamanın özü, özünəməxsus xüsusiyyətlərə – maddilik, substansional – malikdir. Bu sensasiyalı kəşf Pulkov observatoriyasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru N. A. Kozıryevə aiddir. Bizim dünyanın bir çox paradoksal fenomenləri bu kəşflə əlaqədardır.
Maddi, dörd ölçülü dünya ilə yanaşı «N» — ölçü koordinatlarına malik virtual dünyalar da mövcuddur. Buradakı ölçmələri – beşdən iyirmi altıyadək – nə bizim hiss orqanlarımızla nədəki indiki texniki vasitələrlə ölçmək mümkün deyil. Məsələn, müqayisə üçün qeyd edək ki, biz yerlilərin 13 ölçülü zaman-məkanına düşməsi üçün onlar Kainat Birliyinin -1019 Qev-ə (sabit Planka – protonun kütləsi) bərabər enerjisinə malik olmalıdır. Hələ ki, biz yerlilərdə belə nəhəng enerjini əldə etmək imkanı yoxdur, dəqiq desək yaxın 500-1000 ildə!
Amma, onların (xrononavtlar nəzərdə tutulur) müasir Yer əhalisi ilə əlaqəsini yaratmaq üçün, xrononavtlar öz xüsusi rəqslərinin tezliyini azaldır və bizim dörd ölçülü dünyaya daxil olurlar. Bu halda onlar adi insanların xarici görünüşünə sahib olurlar və bu vaxt biz onları görür, ünsiyyət yaradırıq.

61235_n

Bu halda, «N» — ölçülü dünyanın – virtual sakinləri «öz şəklini dəyişə bilir» və bizim aramızda yaşaya bilir. Məhz «şəklini dəyişmə» fenomeni UNO-nun «maqiya» fenomeni və bu gün planetin bütün əhalisini narahat edən, onunla yanaşı gedən anomal hallarla əlaqəlidir. 

Zaman-məkanının yüksək ölçülərində olmaq qabiliyyətli gələcəyin varlıqları – xrononavtlar qeyri-adi xüsusiyyətlərə – öz missiyalarını həyata keçirməyi asanlaşdıran imkanlara malikdirlər. Onlar öz yerlərində «tez yuxu» adını almış bizim yuxularımızda bizlə ünsiyyətdə ola bilirlər. Məhz bu vaxt biz, öz fiziki bədənimizi tərk edə, hiperməkana daxil ola və 5-ci ölçünün sakinlərini və xrononavtları görə bilərik. Qədimdə «yuxu məbədlərinə» niyə böyük əhəmiyyət verildiyini bununla izah etmək olar. Məlumdur ki, Misirdə bəzi kahinlər xəstələrin yuxularına onların sağalmasına təsir göstərmək üçün müdaxilə edə bilirdilər. Belə adamlara kahinlər tez-tez xüsusi yuxugətirici maddələr verirdilər.
Zamana görə gəlmələr bizim orqanizmi anabioz hala gətirə bilər, və bizə levitasiya qabiliyyətini bəxş edə bilər. Müxtəlif ölçü sistemlərində hiperməkanda qarışmaq texnikasına malik olmaqla onlar istənilən möhkəm maneələri keçə bilir, və havada buxarlanıb hərəkət edə bilirlər. Gen mühəndisliyi onlar üçün canlı təbiətə təsir göstərmək üçün əsas vasitə olub. Xromosomların strukturunu və xassələrini dəyişərək onlar öz zamanlarında insan irqinin təkamülü prosesini sürətləndiriblər.
Xrononavtlar insanın ruhi inkişafına təsir göstərərək bizim ruhumuzu bir maddi həyatdan digərinə aparan ruhi vəziyyətimizin və simamızın qeydinə qalır. Onların əsas məqsədi son nəticədə kosmik siklin tamamlanmasına uyğun yüksək dərəcəni əldə edərək insan ruhunun mükəmməlləşməsi prosesinə kömək etməkdir. Onlar həm bizim həm də paralel dünyalarda baş verən digər qlobal problemlərini də – müharibələr, ətraf mühitin çirklənməsi, torpağın münbitliyinin azalması – nəzərdən qaçırmırlar. Xrononavtlar bu problemləri bizim ruhi inkişafımıza və onun təmizlənməsinə təsir göstərməklə həll etməyə çalışırlar. Biz təmiz və alicənab oluruq, xrononavtlar isə yüksəlir. Axı onlar – gələcəkdə bizik!
Bu qısa icmalı şarh edərək, qeyd etmək lazımdır ki, rəsmi elmin hipnoz altında paranormal hallara şübhəli yanaşmasına baxmayaraq, MKİ-si ruhun teleportasiya mexanizminə böyük maraq göstərmişdir. Dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində ciddi tədqiqatlara dair bir neçə fakt göstərə bilərik.
Uzaqgörənlik – yuxugörmə mexanizminin açılmasına dair «Starçi» tam-məxfi proektin konturları
Hiptonik reqressiya mexanizminin axtarış məqsədi ilə tədqiqi XX əsrin 80-ci illərində ABŞ-da tam-məxfi olaraq «Starçi» proekti çərçivəsində aparıldı. Beləki, MKİ-də ruhun teleportasiya mexanizmi «uzaqgörənlik» adlandırılır. Hal-hazırki ufoloji ədəbiyyatlara əsasən, 1978-ci ilin ortalarında, ABŞ ordusunun təhlükəsizlik və kəşviyyat idarəsi Merilend ştatında, Midi fortunda uzaqgörənlikdən istifadə etməklə ilk əməliyyat apardı. Sonralar bu tədqiqatlar və eksperimentlər tam-məxfi «Starçi» proekti çərçivəsində 20 il ərzində davam etdirildi. Bu işin maliyyələşməsində dövlət büdcəsindən 20 mln. dollar vəsait istifadə olundu.
1995-ci ilin iyulunda Stenford Universitetinin hesabatı açıqlandı, hansı ki, Pitxoff bunu «paranormal halların tədqiqində kəşviyyat xidmətinin iştirakına aid ilk rəsmi xəbər» adlandırdı. Həmin ilin noyabrında MKİ-si birdən məlumat Verdi ki, «uzaqgörənliyin» öyrənilməsi proqramına həmişə kəşviyyat və mübahisəli baxılıb və son nəticədə bu proqramm prespektivsiz hesab olunub.
Amma bu açıqlama adi bir pərdə idi.

ingo-swann-feminine-rising

Həqiqətdə isə MKİ-si paranormal hallara dair alınan nəticələrə şübhəli yanaşan Kaliforniya Universitetinin doktoru Cessik Utts və Oreqon Universitetinin doktoru Reya Xmeni dəvət edərək uzaqgörənliklə əlaqədar eksperimentləri yeniləşdirdilər. «Starçi» proekt-proqramının diopozonunu və genişliyini göstərmək üçün bir neçə misal çəkək. 

90-cı illərdə MKİ-si İrak prezidenti Səddam Hüseyn və Liviya prezidenti Məhəmməd Xadafiyə qarşı göndərilmiş bir çox kütləvi hipnotik seanslar apardı. «Səhrada tufan» hərbi kompaniyasının keçirilməsi zamanı, MKİ-si hiptonik göndərişlər yolu ilə sığınacaqları – Səddam Hüseynin gizli yeraltı bunkerlərini aşkarlamağa cəhd etdilər. Amma hər dəfə S. Hüseynin ekstrasensləri bu telepatik göndərişləri «tuturdu» və o, vaxtından qabaq öz sığınacağını tərk edib təhlükəsiz yerə köçürdü. Bu vasitədən MKİ-si Liviya prezidenti M. Xadafiyə qarşı da istifadə etmişdi. MKİ-nin əməkdaşı ekstrasens Xoll Suit M. Xadafini məhv etmək üçün 1000-dən artıq telepatik göndəriş – seans aparmışdır. Amma M. Xadafinin ekstrasensləri bu telepatik göndərişləri tutmuş və onu ölümdən xilas etmişlər!
Bundan əlavə, məlumdur ki, MKİ-si Günəşətrafı məkanı tətqiq etmək üçün də telepatik göndərişlərdən dəfələrlə istifadə etmişdir. Belə ki, 1978-ci ildən uzaqgörənliklə məşğul olan Jozef Makfel 1984-cü ildə Marsdan informasiya aldı, o, Marsda naməlum varlıqlar tərəfindən tikilmiş yeraltı bunkerə bənzər xarabalıq aşkarladı. Beləliklə, geniş miqyasda hiptonik reqressiya metodu altıncı hissin – materiya və ruh arasında qarşılıqlı əlaqə və bütün Kosmosla əlaqəni yaratmaq üçün telepatiyanın oyanmasını göstərir. Bu mexanizm ona əsaslanıb ki, biz Kainatın nəhəng kosmik holoqramından (energetik mərkəz) birinin kiçik hissəsiyik.
Qeyd etmək lazımdır ki, ruhun hiptonik göndərilmə metodu digər qabaqcıl ölələr tərəfindən də öyrənilir. Xüsusilə Rusiya və Şərq ölkələri. Bu onu deməyə əsas verir ki, çox qədim dövrlərdə məlum olan ruhun hiptonik göndəriş metodu indiki dövrdə müəyyən dərəcədə dirçəlib.
Bütün deyilənlərdən belə nəticəyə gəlinir ki, Kainatda ruhun teleportasiyası və ya hiptonik reqressiya metodu gələcəkdə doğurdanda müxtəlif səviyyələrdəki informasiya mərkəzlərindən: günəş sistemi, qalaktikalar və ümumilikdə bütün kainatdan aprior (təcrübəyəqədər) biliklərin əldə olunmasında həqiqi metod ola bilər. Hiptonik reqressiyanın elmi əsaslarının öyrənilməsi müxtəlif səviyyələrdə informasiya mərkəzlərindən alınmış aprior biliklərdən istifadə edərək yer sivilizasiyasının təkamül səviyyəsi və sonrakı inkişafına da təkan ola bilər.
Bu məqsədlərin reallaqması üçün insanların keçmişdə və bu gündə müxtəlif səviyyələrdə enerjiinformasiya mərkəzləri ilə əlaqələrini dərindən öyrənmək lazımdır. Ümumiyyətlə «enerjiinformasiya sahəsi» anlayışını, bundan əlavə, parapsixoloqiyanın əsaslarına konkret yanaşmaq və formalaşdırmaq lazımdır.

Реклама
By Teymur Kasamanli Posted in HOME