UNO FENOMENİ VƏ KOSMOSUN MƏNİMSƏNİLMƏSİ – MÜASİR KOSMİK TEXNOLOGİYALARIN İŞLƏNİB HAZIRLANMASI. NANO VƏ PİKO TEXNOLOGİYALARI – GƏLƏCƏYİN TEXNOLOGİYALARIDIR.


fuadF. Q. Qasımov ANAKA, «planetin kosmik manitorinqinin elmi əsasları» sektorunun müdiri, fizika-riyaziyyat elmləri doktoru, BMT-nin nəzdində BEİA–beynəlxalq enerji-informasiya Akademiyasının və BMT-nin nəzdində informasiologiya akademiyasının akademiki.

Çoxlu sayda ufoloji müşahidələrdən göründüyü kimi, UNO-nun aktivləşməsi insanın kosmosu mənimsəmə tempi ilə sıx bağlıdır. UNO fenomeninin daha geniş tədqiqi insanların Kosmosu mənimsəmə dinamikasını göstərir, — Kosmik texnikanın inkişaf mərhələləri və müasir Kosmik texnologiyalar. İnsanlar tərəfindən Kosmosun mənimsənilməsinin UNO-nun kütləvi görüntüləri ilə müşayət olunmasında təəccüblü heç nə yoxdur. UNO-nun Yadplanet Şüurunun fəaliyyəti olduğunu ehtimal etsək, təbii ki, onları belə bir sual maraqlandıracaq, biz yerlilər öz məqsədimizlə onlara necə mane ola bilərik. Bütün bunlar kosmik era başlamazdan çox qabaq yaranmışdır.

1208200898_ufo1

UNO fenomeninin əvvəlki tarixinə nəzər salaraq qeyd etmək lazımdır ki, bu 1947-ci ildə baş vermiş Rosuel münaqişəsindən çox qabaq 30-40-cı illərdə İtaliya və Almaniyada yaranmışdır, hansı ki, bu münaqişə ABŞ və Yadplanet Şüurunun birgə fəaliyyəti hesabına «Macestik–12» proektinin yaradılması ilə nəticələndi. İlk dəfə olaraq UNO-nu Kosmosda rəsmi olaraq 11 dekabr 1955-ci ildə Amerika astronomu Con Qri müəyyən etmişdir. İlk peykin buraxılmasından iki il qabaq o, bizim planetin orbitində on süni cisim aşkarladı. Con Qri onların orbitlərini – traektoriyasını tapdı və müəyyən olundu ki, bunlar kosmik zondlardır, hansı ki, ana gəmidən təyin olunmuşdur. Lakin, 1955-ci ildə alimlər fərziyyələr içində çaşıb qalmışdılar. Bu 10 cisim bir də onunla maraqlı idi ki, onlar nə bir neçə dəqiqədən sonra, nə də bir neçə saatdan sonra yox olmadılar və Yer üzərində uzun illər ərzində dövrü hərəkətlərinə davam edirdilər. Və yalnız 1969-cu il ABŞ-ın kosmik müdafiəyə qarşı «NORAD» komandası bu obyektlər haqqında məlumat verməyə başladı. Kosmik əsrin başlanması UNO haqqında yeni-yeni məlumatlarla müşayət olunurdu, bu dəfə isə məhz insanın kosmik fəaliyyəti ilə sıx bağlı olan məlumatlarla UNO fenomeninin tədqiqinin analizi göstərir ki, bütün məlumatları 2 qrupa bölmək olar. Birinci qruppa UNO-nun Kosmodrom rayonlarında, poliqonlarda, uçuşların idarə mərkəzlərində görünmələri aiddir. İkinciyə isə Kosmosda müntəzəm olaraq müşahidə olunan uçan boşqablar aiddir. İlk Sovet USP uçanda o vaxt Baykonurda işləyən mütəxəssislərdən heç biri qeyri adi heç nə görmədilər. Yadplanetlilər Yerlilərin kosmosu yarıb keçmələrini nəzərlərindən qaçırmışlar ya da peykin uçuş zamanı həyəcanı onları ətrafı seyr etməyi unutdurmuşdu. Prinsipcə bu o qədər də vacib deyildi. Artıq 1957-ci ildə ikinci kosmik start zamanı bütün proseslər Yadplanetlilərin nəzarəti altında baş verdi. Müşahidəçilərin gözü qabağında, həmin gün starta təqribən bir saat qalmış, Kosmodromun tikintisi tərəfdə göydə sferik formada hərəkətsiz parıldayan qəribə obyekt göründü. O uçuş anına qədər qaldı, raketin uçuşundan sonra buludlar arxasında gözdən itdi. Bir neçə gündən sonra Venesuela alimi L. Korrales Sovet peykinin uçuşunun şəklini çəkdi və müəyyən etdi ki, peykin yanında bir obyekt uçur, hansı ki, viraj edərək yenidən peykin yanına qayıtdı. Bu raketin sonuncu hissəsi (dərəcəsi) ola bilməzdi, çünki, ikinci dərəcə bu dərəcəyə bağlanıb. Artıq o vaxt ehtimal olundu ki, Yadplanetlilər gəminin bortunda olan Layka adlı itə maraq göstərmişlər. O vaxtdan praktik olaraq bütün kosmik buraxılışlar Kosmodrom rayonunda UNO-nun görüntüsü ilə müşayət olunur. Bu haqda məlumatlar dünyanın kosmik fəaliyyətə malik bütün ölkələrindən gəlir. SSSR-də bu məlumatı açıqlamaq istəmirdilər. Bu zaman qeyri adi halların baş verməsi haqda fikirlərdən insanları uzaqlaşdırmaq üçün oxucuları çaş-baş salan komentariyalarla müşahidə olunan anomal hallar barədə xəbərlər yarandı. Məsələn, belə hadisə «Petrazavod fenomeni»ni izah edərkən baş vermişdir, belə ki, 1977-ci il 20 sentyabrda Petrozavod şəhəri üzərində diametri 3 km olan nəhəng UNO dayanmışdı və ondan diametri bir neçə 10 metrlər olan «xırda» UNO-lar çıxmağa başladı. Bu hadisə minlərlə insanın gözü qarşısında baş vermişdi… Amma buna baxmayaraq, SSSR-nin qabaqcıl alimləri əhalini dezinformasiya etmək üçün bu hadisəni atmosferdə baş verən optik effektli adi bir «təbiət hadisəsi» kimi izah etdilər. Bundan başqa «Petrozavod fenomeni»ni analiz edərkən qeyd etmək lazımdır ki, UNO fenomeninin standart izahı xüsusi olaraq əhalini mətləbdən uzaqlaşdırmaq üçün hazırlanmışdır və bu izahatda hər şey təbiətin «məlum qanunları»na əsaslanmışdır. Məsələn, bütün qeyri adi hallar raket – daşıyıcının, kürəvari ildırımın, qütb parıltısının hissələri kimi qələmə verildi. Onlar istənilən yalanı danışmağa hazır idilər, təki həqiqət üzə çıxmasın. Bununla belə, tam məxfi olaraq bütün bu qeyri adi halların öyrənilməsi prosesi gedirdi…

НЛО-глазами-

Bir sözlə, kosmik era ilə bəşəriyyətin inkişafı bir-birinə zidd spesifik xüsusiyyətlərlə xarakterizə olunur. Bir tərəfdən, UNO bəşəriyyətdən «kənarlaşır», sanki ona inanmır və Günəş sisteminin yaxın planetləri: Ay, Mars, Veneranın köməyilə onu dezinformasiya edir. Digər tərəfdən isə bəşəriyyətlə «əlaqələr» yaradır, birgə tədqiqatlar aparır («Macestik-12) və özlərinin ən yüksək texnoloqiyaları ilə mübadilə edirlər. Tranzistor, mikrosxem, kompüterdən tutmuş nano və pikotexnoloqiyalara qədər. Qeyd etmək lazımdır ki, kosmik faktor yer sivilizasiyasının tərəqqisini, insanları yerin problemlərinə yeni istiqamətdə baxmağa məcbur etdi, daimi məişət problemlərin qeyri ənənəvi, yeni yollarla həll olmasını kifayət qədər sürətləndirdi. Bəşəriyyətin tərəqqisinin sonrakı proqresi təbii ki, yadplanetlilərin yüksək texnologiyası – nano və pikotexnologiyaların mənimsənilməsindən asılıdır. Verilmiş bu problem üzərində dayanaq və ona daha ətraflı baxaq. 

Belə ki, «nano» — yunan dilində «cırtdan» mənasını verir və ölçüsü – 10-9sm – metrik sistemlərin törəmə vahidini qeyd etmək üçün əlavə kəmiyyətdir. Eynilə «piko» əlavəsi – 10-12sm ölçüsünü göstərir. Müqayisə üçün qeyd edək ki, atomun ölçüsü -10-8 sm, atomun nüvəsinin ölçüsü isə -10-13 sm-dir. Bu onu göstərir ki, «mikrodatçik»in ölçüləri nanotexnoloqiya əsasında, atomun ölçüsündə bir sıra az və nüvənin ölçüsündən 4 sıra çox formada yaradılmışdır. Eynilə pikotexnologiyanın ölçüsü atomun ölçüsündən 3 sıra az, nüvədəkindən 1 sıra çoxdur! Beləliklə, nanotexnologiya atom səviyyəsində mikrominiatür texnoloqiya deməkdir. «Nano» və «piko» texnologilar bəşəriyyət üçün həqiqi texniki-tərəqqi və yer sivilizasiyası kosmik sivilizasiyanın yüksək nailiyyətlərinə keçidi deməkdir.
«Nazik» və «ifratnazik» texnoloqiyaların yaradılmasında əsas elmi şərtlər.
Nanotexnoloqiyanın yaradılmasının ilk tarixi ABŞ senatında Amerika aliminin sensasiyalı çıxışı ilə başladı. 1992-ci ildə amerikalı fizik K. Erik Dreksler ABŞ senatında sensasiyalı bəyanat ilə: «Müasir elm elə bir sərhəddə çatıb ki, burada bəşəriyyət qarşısında duran bütün problemlər, — aclıq, ölümcül xəstəliklər və yoxsulluq müvəffəqiyyətlə aradan qaldırılacaq! Bu işıqlı gələcəyə doğru açar nonatexnoloqiyadır.»
Beləliklə, söhbət Drekslerin assembler «assembl» — (yığmaq, quraşdırmaq) adlandırdığı, malekul ölçüsündə mikroskopik maşınların yaradılmasından gedir. «prinsipcə, onları kifayət qədər yaratmaq olar. Nəticədə insanlar heç bir iş görməyəcəklər, həyat üçün lazım olan hər şeyi ucuz təbii maddələrdən hazırlanmış assemblerlər avtomatik olaraq yaradacaqlar. Bu cihazların köməyi ilə kimyəvi maddələrin malekullarını yaratmaq, lazımi mühitə salmaq və istənilən mürəkkəblikdə olan strukturu almaq üçün lazımi sintez reaksiyaları aparmaq olar.
Nanotexnoloqiya problemini analiz edərək qeyd etmək lazımdır ki, yaxın bir neçə on illikdə istehsalat, biologiya və tibb aləmində əsaslı tərəqqi baş verməlidir.
Xüsusən də qeyri adi, qeyri müəyyən və yerli müasir ölçülərlə. Biz texnoloqiyaya çox dərindən daxil olmuşuq. Çünki, hətta bu günki vəziyyətdən danışsaq – biz cərəyanın necə axdığını görmürük, amma, bu hadisəni bir çox qanunlarla təsvir etmişik. İndi alimlər daha dərinliyə daxil olub və nano dünyaya çatmışlar (millimetrin milyonda bir hissəsi). Müasir texnoloqiyada praktiki olaraq hazırlanan bütün şeylər «robot» adı ilə adlanır, «nanotexnoloqiya» anlayışının da bu qayda ilə hələ ki, izləri görünür. Buna görə də Drekslerin təklif etdiyi ideyada təəccüblü heç nə yoxdur, prinsipcə o yeni deyil. Məsələn, hələ 1969-cu ildə Nobel laureatı Riçard Feynman açıq şəkildə bilirdi ki, nə vaxt ki, alimlər ayrı-ayrılıqda atomları manipulyasiya edə biləcəklər, o vaxt onlar hər şey sintez edə bilərlər! Məsələn, insanlar artıq ürək-damar xəstəliklərindən əziyyət çəkməyəcəklər, belə ki, assemblerlər qan damarlarını sirkulyasiya edərək tıxanmış arteriyaları daima təmizləyəcək. Bəşəriyyət yoxsulluqdan bir dəfəlik canını qurtaracaq, çünki adi «montajçı» atomlardan istənilən strukturu, konstruksiyanı və obyektləri yığa bilər. Assemblerlər ətraf mühitin təmizliyinə çirki adsorbiya edib onları neytral elementar «kərpic» şəklində yığaraq nəzarət edəcəklər. Amerika iqtisadçısı David Fredman artıq gələcək həyatı qabaqcadan görür, hansı ki, «qida assemblerləri» insanları istənilən məhsulla təmin edir, amma, pendir mənbələri isə, digərlərindən istisna olmaqla, ola bilsin ki, başqa planet olsun və onun istehsalına heç bir kapital qoyulmasın.

ufo

Deyilənləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, nanotexnoloqiya insan sivilizasiyasını Yadplanetlilərin son illər yerlilərin qarşısında nümayiş edən yüksək texnoloqiyanı dərindən tanımaq və qəbul etməyə imkan verir. Belə ki, nanotexnoloqiyanın mənimsənilməsi UNO aparatlarının «yeni formaya düşməsi» mexanizmini izah etməyə geniş imkanlar açır: bölünmə, birləşmə, maddiləşmə, demaddiləşmə, işıq və işıqdan yüksək surətlə hərəkət zamanı maddələrin mexaniki təzyiqə «dözüm» qabiliyyəti və s. bizə naməlum olan Kosmos qanunlarına – konkret halda Kosmik Mexanika qanununa tabedir. Bundan əlavə, nanotexnoloqiya «mexanizminin» mənimsənilməsi bəşəriyyət qarşısında «Kosmik materialşünaslıq», xüsusi kosmik xassələrə (UNO aparatının konstruksiya materialının anoloqu) malik yeni materialların alınması sayəsində geniş perspektivlər açır. Xüsusi ekzotik xassələrə malik maddələrin alınmasında real perspektivlər yaranır

Qısa dildə desək, şərhi davam edərək qeyd etmək lazımdır ki, «nanoutopiya» heç də mümkün olmayan bir şey deyil, belə görünə bilər, amma, əlbətdəki, onun təmiz həqiqət olması üçün də çox gözəldir. Amma bununla belə, bu mümkündürmü – bütün insanları qida ilə təmin etmək, insanların yüksək sağlamlığı, hər bir insanı evlə təmin etmək, insanların istirahəti və özünütəkmilləşdirməsində qeyri məhdud azad vaxtla təmin etmək? Buna görə də bir çox alimlərin Drekslerin bu ideyasına qarşı çıxması çox normaldır, çünki, onun təklifləri yalnız Allahtəala ilə müqayisə oluna bilər? Amma faktlar da faktlığında qalır ki, — bu gün biz Yadplanetlilərin nümayiş etdirdikləri maraq texnoloqiyalar qarşısında mat qalırıq. Buradan nəticə çıxır ki, əgər bu hallar Yadplanetlilərin sivilizasiyasına xasdırsa deməli, bu təbiət qanunlarından kənar deyil? Onda belə bir sual meydana çıxır. Bizim nəyimiz Yadplanetlilərdən əskikdir? Əlbətdəki, biz onların ali texnoloqiyasından çox uzağıq! Amma bu ancaq zamanla əlaqədardır!
Drekslerin ideyaların kritik olaraq şərh edərək, etiraf etmək lazımdır ki, nanotexnoloqiya mücərrəd formada deyil, real müasir elmə əsaslanır, xüsusən də genetika, gen mühəndisliyi.
Nanotexnoloqiya haqqında yuxarıda deyilənləri ümumiləşdirərək, qeyd etmək lazımdır ki, hələ 20 il əvvəl nanotexnoloqiyanın ilk pioneri, doktor K. E. Dreksler belə bir sual üzərində düşünmüşdür – insan atomlardan zülal (protein) malekulunu və digər bioloji mikrostrukturunu yaratmağı öyrənsəydi insanın qüvvəsi neçə dəfə artardı? Bu problemi real əsaslarla həll etmək üçün alim mexaniki assemblerin fəaliyyətini xüsusi proqramla özü-özünü daima yaradan canlı huceyrəyə tətbiq etdi. O özünün ilk işini «mikromexanizm» adı altında 1986-cı ildə dərc etdi. Bu işə görə o malekulyar nanotexnoloqiya sahəsində fəlsəfə doktoru dərəcəsini aldı. Tezliklə 1989-cu ildə Dreksler müasir texnoloqiya İnstitutuna rəhbərlik etdi və özünün ilk dərs kurslarını yeni istiqamətdə tətbiq etməyə başladı. O illərdə Drekslerin əsas proektlərindən biri bitkilərlə heyvanlar arasında vasitəçi yaratmaq idi. Onun fikrinə görə xüsusi assemblerlər bitki mənşəli qidanı ət kütləsinə çevirməli idilər, necə ki, bu ot yeyən heyvanlarda baş verir. O vaxt bu proekti qeyri mümkün hesab etdilər. Ancaq bir neçə ildən sonra, Drekslerin sensasiyalı ideyaları meydana çıxandan sonra elm nanotexnoloqiyanı mənimsəmək yolunda ilk addımlarını atmağa başladı. Xüsusəndə, 1981-ci ildə Ay-Bi-Em Kompaniyası işçi hissəsi yalnız bir atom enində olan skayner edən tunel mikroskop işləyib hazırladılar! Birminqem Universitetinin (Alabama ştatı) fizika professoru Riçard Palmeranın sözlərinə görə, bu cihaz atomları istənilən istiqamətdə, «sanki bilyard oyununda kürələri tora göndərən mahir oyunçu» kimi, göndərə bilər.

img177929_1-3_Atom

Beləliklə, alimlər bu gün atomları qabaqcadan hazırlanmış mürəkkəb malekulların karkasına «ardıcıl düzmək» imkanına malikdir. Hər halda Ay-Bi-Em kompaniyasının əməkdaşları artıq ksenonun 35 atomundan ibarət malekul strukturunu «yığa» bilmişlər! Nanotexnoloqiyanın reallığına inanan alimlər maddələrdə atomların yerləşməsi imkanlarını tamamilə təsdiqləyirlər. Bunun nəyə gətirib çıxacağını təsəvvür etmək çətin deyil. Orta əsrlərdə alkimyaçıların bir bir kimyəvi elementin digərinə çevrilməsi arzuları bu gün real ola bilər!

Bu gün alimlər üzərində mikroskopik risklər aparılan tibbi polimer maddələr üzərində işləyirlər. Bu metalları yığaraq, məsələn, vətərlərdə yaranmış yaraları tez və asan sağaltmaq olar.
Nanotexnoloqiyada entuzialistlərin üzərinə düşmüş kritik oxların şiddətindən danışmağa ehtiyac yoxdur. Amma onlardan birini qeyd etmək vacibdir. Nanosilahın inkişa fına dair təhlükə mövcuddur. Şübhəsiz ki, bu bəşəriyyət üçün çox böyük təhlükə olacaq. Buna görə də Amerika senatı bu təhlükəni qabaqcadan görərək nanosilahın hazırlanma imkanlarını müzakirə edir. Məsələn, metal malekullarını ayrı-ayrı atomlara parçalayan mikroassemblerlərlə düşmən tanklarının «həll olunması» problemləri ciddi müzakirə olunur. Alimlər bütün müsbət və mənfilikləri nanotexnoloqiyaların inkişafı ilə qiymətləndirirlər. Qeyd etmək lazımdır ki, hər şey müsbət istiqamətdə dəyişir. Bu istiqaməti (nanosilahın yaradılması) praktikada tətbiq edərkən riski aşağı salmaq üçün «assemblerlərin yenidən istehsalında» şüuri sərhədlər qurulması təklif olunur.
Nanotexnoloqiyanın mənimsənilməsində daha çox effekt tibbdə görünür. İnsanları sağaltma ustalığında xırda tibbi alətlər və kompüter sxemlərində mikrorobotlar həqiqi tərəqqi vəd edirlər. Assemblerlər qan-damar sistemində trombların xaric edilməsi ilə yanaşı, qanın orqanizmdə sirkulyasiyasını yaxşılaşdırır, xərçəng hüceyrələri kimi ziyanlı hüceyrələri ya udur ya da məhv edilməsində əsas rol oynayır.
Təhciz olunmuş assemblerlər həkimlərə bu və ya digər orqanda narahatlıqları siqnallayır. Onlar nəinki yaraları sağalda bilir, həm də itmiş orqanları bərpa edir. Onlar həm də elə səviyyəyə çatacaqlar ki, insan orqanizmini bütünlükdə bərpa edə bilərlər!
Şübhəsiz ki, nanotexnoloqiya bizim planetin əhalisinin sosial strukturunu radikal dəyişəcək. Hər bir ölkə öz şəxsi sərvətini yarada bilir və əsrlərlə davam edən daxili müharibə ənənələri aradan çıxır.
Nanotexnoloqiyanın əleyhdarları canlı orqanizmlərlə mikromaşınlar arasındakı fərq Prinsipi üzərində dayanırlar. Canlılar həyat qığılcımı ilə isinir və görəsən assemblerlər öz qabiliyyətləri ilə bu qığılcıma qarşı çıxa bilirmi?
Onlar yaratdıqlarına ruh verə biləcəklərmi? Əlbətdəki, indi bu suallara bir mənalı cavab vermək mümkün deyil, belə ki, atomlar adi temperaturda dəyişkəndirlər.
Belə anlaşılmazlıqdan ibarət ksenonun strukturunun formalaşması çox aşağı temperatur şərtləri ilə vakuumda həyata keçirilir.
Nanotexnoloqiyanın tənqidçiləri hesab edirlər ki, həsas assemblerlər eyni müvəffəqiyyətlə ali strukturlar və tam xaos yaradacaq. Əlbətdəki, əgər onlar tam nəzarətsiz «çoxalmağa» başlasa, bu gec və ya tez bəşəriyyət üçün təhlükə ola bilər. Məsələn, qida assemblerlarinin sərhədsiz artması çürümüş ətlə örtülə bilər.

490dc074adf5

Amma, belə istiqamətdə müzakirə bizi yalnış istiqamətə apara bilər. Əslində, əgər Albert Eynşteyn Xerosima və Naqasakidəki nüvə dəhşətini qabaqcadan görə bilsəydi, onda o, özünün məşhur Nisbilik nəzəriyyəsini yaratmağa tələsməzdi. Bəlkə biz nanotexnoloqiyada Pandoranın bağlı yeşiyini açmış əfsanəvi igidik? Deyilənlərə baxmayaraq elm öz inkişafında sərhəd tanımır! Elmi-texniki tərəqqinin qarşısını almaq mümkün deyil! Məsələn, görəsən sərnişinlərin psixikasının pozulmasını kəsmək üçün insanlar dəmir yollarından vaz keçməlidirlər (hansı ki, bəzi alimlər bu barədə xəbər vermişdilər). Amma bununla belə, nanotexnoloqiya ilk addımlarını atır. Bu istiqamətdə lazımi cəhdləri Amerikada Massaçuset texnoloqiya institutunun xüsusi laboratoriyasının əməkdaşları təklif edir. Onlar mikrodünyada sadə manipulyasiyaları ödəmək məqsədilə mikrodetallardan «mexaniki» həşəratlar «konstruksiya» edir. 

Deyilənləri şərh edərək belə bir sual meydana çıxır. Bəs sonra? Bəşəriyyət mikroaləm – mikrokosmosa nə qədər daxil ola bilər? Amma, yaxın gələcəkdə bizi pikotexnoloqiya gözləyir, «piko»-nun ölçüsü -10-12sm! Bu mikrokosmosun sirlərinə daxil olmaq üçün «sərt viraj»-dır. Kosmosa daxil olmaq və onu mənimsəmək üçün insan şüuru nə qədər dərindirmi ki, sonsuz Kosmosda astromühəndis fəaliyyətinin avanqard və fantastik ideyalarını həyata keçirmək və ali kosmos sivilizasiya səviyyəsinə daxil olmaq mümkün olsun?
Son olaraq bir qədər fantaziyamızı işə salaq, — gələcəyə nəzər salaq və nanotexnoloqiyanın gələcək inkişafına proqnoz verək. Deyilənlərdən gələcək üçün qəti şərh vermək mümkündür. İnsan orqanizmində assemblerlarin köməyi ilə (qabaqcadan hazırlanmış proqramla) proqramın – «hüceyrə alqoritmi» və ölməzlik problemini həll etmək – dəyişmək olar. Bundan əlavə, bəşəriyyət yeni qibtə olunası sağlamlıq və uzunömürlülüyə malik «kosmik insanın» genotipini yarada bilər. Nəhayət, biz bölünmək, birləşmək, demoterializasiya etmək, materializasiya etmək, teleportasiya etməyi bacaran UNO-nun konstruksiya aparatının sirlərini aça bilərik. Burda əlbətdəki assemblerlərin işi keçib, çünki, UNO-nun konstruksiya materialı çoxlu elementlərdən ibarət «tarvari» struktura malikdir. Hər bir atom öz yerini bilir və xüsusi proqramla yaradılıb.
Sözsüz ki, Yadplanetlilər UNO-nun konstruksiyasının nanotexnoloqiyanın tam prinsipləri hesabına yaradıblar… Beləliklə, bəşəriyyətin gələcəyi nanotexnoloqiyadadır – Yadplanet Şüurunun ali texnoloqiyasında.

Реклама
By Teymur Kasamanli Posted in HOME