«XƏZƏR RABSODİYASI»


F. Q. Qasımov ANAKA, «planetin kosmik manitorinqinin elmi əsasları» sektorunun müdiri, fizika-riyaziyyat elmləri doktoru, BMT-nin nəzdində BEİA–beynəlxalq enerji-informasiya Akademiyasının və BMT-nin nəzdində informasiologiya akademiyasının akademiki.

Yeni il gecəsi uno fenomeni və ya yad planet şüurunun nümayəndələri ilə yer sivilizasiyası nümayəndələrinin Xəzər akvatoriyasında görüş yeri «…yad planetlərlə belə bir görüş Abşeron yarımadasında Xəzər dənizi ərazisində ehtimal olunur…»
(Amerika ufoloqu, anomal hallar üzrə Koliforniya Komissiyasının keçmiş direktoru Qarold Consonun «UFO NEWS» jurnalında Xəzər əjdahası haqqında fikirlərindən — №24 kvadratı, komitet üzvləri ilə yerdən kənar sivilizasiyası ilə əlaqə yeri, 20 dekabr 2003-cü il) UNOXəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur. İlk növbədə bura balıq sərvətlərini – nərə balıqlarının nadir növlərini (nadir qara kürü) daxildir, hansı ki, onlar ancaq Xəzərdə təsadüf olunur. Hətta şimal qütbünün sakinləri sayılan suitinə də burada rast gəlinir. Nadir neft və qaz yataqlarından danışmağa heç ehtiyac yoxdur. Coğrafi xüsusiyyətlərinə görə də Xəzər böyük maraq doğurur, ona görə ki, dərin tektonik catlarla 5 dənizi və hətta Şimal-Buzlu okeanını bir-birinə birləşdirir. Tarixi nöqteyi nəzərdən də bu əraziyə böyük maraq göstərilir. Çünki, Şərqin qədim meqalitləri – «Qız qalası» və digər tikililər məhz burada yerləşir. Belə ki, burada əfsanəvi Qız qalası, birdən yer üzündən yox olmuş qədim xalq – Xəzərlər, Xəzərin faciəsi hansı ki, özünü Xəzər atlantidası əfsanəsi kimi yaddaşlarda qalıb. Divarları dağılmış qədim şəhər olan Səbail, bizim dövrə qədər gəlib çatmış və «Bayıl» adını almışdır. İndiki, zamanda Bakının əsas administrativ rayonlarından biridir. Güclü zəlzələ nəticəsində dəniz onu yox etmişdir. Bütün bunlar «Xəzər rabsodiyası» adlı irimiqyaslı simfonik musiqi əsərinin yaranmasına səbəb ola bilər. Belə bir hal ancaq Q.Qarayev temperamentə və nəhəng istedada malik olan insana xas ola bilər. 

Gəlin poeziyanı kənara qoyaq və indiki real həyata qayıdaq. Son illər Xəzər bizim müasir dünyanı daha da sensasiyası və nadir diqqətə layiq hadisəsi ilə – «Xəzər əjdahası» adlı varlığın mövcudduğunan — heyrətləndirdi. Nadir № 24 kvadratı, hansı ki, şərti olaraq yer sivilizasiyası ilə UNO – yad planet şüuru arasında görüş yeri oldu.

Amerika yazıçısı, ufoloq, anomal hallar üzrə koliforniya Komitetinin keçmiş direktoru Qarold Consonun 27 dekabr 2003-cü il «Ayna» qəzetində dərc etdiyi «UNO ilə yeni il gecəsi görüş» adlı izahatı bir çox adam üçün gözlənilməz oldu və bəzi şübhələr yaratdı: bu necə ola bilər?

Bununla bərabər bu fenomendən qabaqkı tarix göstərir ki, UNO-nun Xəzərdə, ümumiyyətlə Azərbaycanın müxtəlif sahələrində görünməyi heç kimdə təəccüb yaratmamalıdır. 1999-cu ildə Xəzər sularında UNO qəzaya uğramışdı. Bu, çox vacib, elm üçün sensasiya olan faktı KİV-də biz xəbərlədik (Qasımov F. K). İlk anda bu sensasiyalı məlumat çox böyük maraqla qarşılandı, bir neçə həftədən sonra isə, bu informasiya «sönməyə» başladı və hətta bizə gülən insanlar da tapıldı. Bundan əlavə, öz çıxışlarımızda biz bu fenomenin birlikdə öyrənilməsi haqda birgə əməkdaşlığı da təklif etdik. Çünki, bizim fikrimizcə UNO-nun Xəzər üzərinə düşməsi təsadüfü deyil və çox qanunauyğundur.Belə ki, Xəzərin dərinliyində UNO bazası var! Amma bizim ideyamız bir çox rəsmi şəxslər tərəfindən dəstəklənmədi və böyük soyuqluqla qarşılandı.

Amma buna baxmayaraq son illər ərzində ehtimallarımız və proqnozlarımız öz təsdiqini 2002-ci ilin yayında tapıb. UNO bütün Azərbaycanda işıqları söndürdü və bununla, Xəzərin UNO bazası rayonunda NATO və beş Xəzəryanı dövlətlərin Xəzərdə hərbi sınaqlarının keçirilməsinə etirazını bildirdi.

2003-cü ilin mayında UNO Bakı şəhəri üzərində görünməyə başladı və bunu şəhərin çoxsaylı əhalisi müşahidə etdi. Qeyd etmək lazımdır ki, 2002-ci il iyulda işıq sönən zaman və 2003-cü il mayda Bakıda 16-30 arası UNO müşahidə olunmuşdur!

Bu sensasiyalı faktlar barəsində biz dəfələrlə KİV-də və Respublika televiziyasında çıxış etmişik. Onların reaksiyası əvvəlki kimi olmuşdur. Əvvəlcə çox maraqla qarşılamışlar sonra isə düşməncəsinə baxmışlar və bir neçə ay keçdikdən sonra 2003-cü il martda biz Rusiyada (NLO jurnalı №11 (278) 10 martda) Azərbaycanda işığın sönməsi «UFO: Azərbaycanda enerji vampirləri» adlı barədə inandırıcı informasiyanı çap edə bildik.

Qeyd etmək lazımdır ki, işığın kütləvi surətdə yerin sivilizasiyasına qarşı bir növ etiraz idi. Məsələn, XX əsrin 80-cı illərdə UNO Nyu-yorkda 2 gün işığı söndürməklə burada yeraltı nüvə sınaqlarının keçirilməsinə etirazlarını bildirmişlər. Sonra 2002-2003-cü illər ərzində onlar bir neçə dəfə ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya və Danimarkada işığı söndürmüşlər və bütün bu hallarda UNO həmin ölkələrdə nüvə sınaqlarının keçirilməsi, irimiqyaslı hərbi əməliyyatların aparılmasına narazılıq bildirmişdir. Belə ki, onlar dəfələrlə Baltik, Barens və Kars dənizlərində, Atlantik və Sakit okeanlarında sualtı gəmiləri məhv etmişlər. 2000-ci ildə Rusiyanın «Kursk» sualtı gəmisinin məhv edilməsi ilə UNO Rusiyaya qarşı öz etirazını özünəməxsus surətdə bildirdi. UNO «Kursk» sualtı gəmisində AES-ni söndürdü və torpedaların partlamasını təhrik etdi, hansı ki, onlar Barens dənizində yeni silahların hərbi sınaqlarını aparmalı idi.

Göstərilən çox saylı faktlar bir daha sübut edir ki, Xəzərin dərinliyində UNO mövcuddur. Gizli materialların tədqiqi onu deməyə imkan verir ki, ABŞ Xəzərdə UNO-nun varlığını yarım əsr qabaq bilirdi. Dəqiq desək 1955-ci ildə Amerika senatoru Riçard Rassel Suraxanı Rayonuna gələrkən UNO-nu müşahidə etmişdir. Bu faktı o həmən H.D.Q və H.H.Q -yə çatdırdı. O dövrdən peykləri – ABŞ cəsusları bu rayonu izləməyə başladılar. Bundan başqa, № 24 kvadratı fenomeni UNO bazası rayonunun kod adıdır və o amerikalılar tərəfindən «Xəzər əjdahası» adını almışdır. Q. Consonun sözlərinə görə kosmik təhlükəsizlik komitəsi hal-hazırda 3-cü Beynəlxalq simpoziuma hazırlaşır, hansı ki, yerdən kənar cəmiyyətlə əlaqə üzrə komitet yaradılmalı idi. Maraqlısı odur ki, belə görüş Xəzər dənizi sahilində baş verə bilər.

Qeyd etmək lazimdır ki, keçmiş SSSR-də Xəzərdə UNO-nun varlığı və onun dünyəvi əhəmiyyətə malik olmasını 50-ci illərdən bilirdilər. Ona görə də, neft yataqlarının mənbələrinin öyrənilməsi bəhanəsi ilə O. Şmid adına SSSR E.M Yerin Fizikası İnstitutunun əməkdaşları daima «Xəzər əjdahası» müşahidə etmişlər.

Bu faktı Amerika ufoloqu Q. Conson da təsdiq edir. Onun sözlərinə görə Kiçik Ayı bürcündən Zavulon və Qesar planetlərinin canlıları artıq çoxdan keçmiş SSSR-nin rəhbərliyi ilə əlaqə yaratmışlar.

Bundan əlavə, belə məlumatlar var ki, 2004-cü ildə Xəzər dənizindəki yarımadada (Abşeron yarımadasının Nardaran – Pirşağı qəsəbələri) № 24 kvadratı rayonunda Kiçik Ayı bürcü sivilizasiyası ilə 3-cü növ əlaqənin yaradılması ehtimal olunurdu. Bu əlaqə zamanı yad planet şüuru ilə yer sivilizasiyası arasında əməkdaşlıq nəzərdə tutulurdu. Amma danışıqlar baş tutmadı. Səbəbi isə müxtəlif ola bilərdi, ya tarix (2004 və ya 2005) düzgün verilməmişdi, ya da başqa bir səbəb. Amma bu anlaşılmaz hadisə ucbatından komitetdə qalmaqal baş verdi ki, bu da onun dağılmasına səbəb ola bilərdi. Xoşbəxtlikdən konflikt aradan qaldırıldı və komitet öz işini tam heyyətlə davam etdirir. Amma, bir aydın olmayan sual qalır.

Danışıqların baş tutmamasının səbəbləri nədir?

Düzünə qalsa bu suala bir mənalı cavab vermək mümkün deyil. Görünür bu Xəzər ərazisində komitetin UNO ilə birinci görüşmə cəhdi deyildi. Bu düyünü açmaq üçün yenədə Q. Consonun açıqlamasına nəzər salaq. Q. Conson «UFO news» qəzetinə verdiyi müsahibəsində çox qəribə açıqlama etdi. O, bu danışıqların baş tutmamasını «səriştəsiz» yerli ufoloqların müdaxiləsi ilə əlaqələndirdi. Amma, bu açıqlama tənqidə məruz qaldı. Belə ki, doğurdanmı yad planetin yüksək sivilizasiyası yerli və həm də «səriştəsiz» ufoloqların fikirləri ilə hesablaşıb bu görüşə gəlmədilər. Bundan əlavə, yer sivilizasiyası UNO ilə konkret əlaqə yaratmaq üçün kod dilini – «linkos» yaratmışdır. Belə ki, danışıqların yerli və «səriştəsiz» ufoloqların günahı ucbatından pozulması – boş söhbətlərdir.

Bəs onda bu danışıqların baş tutmamasının əsas səbəbi nədir?

Bu suala bir mənalı cavab vermək çətindir. Ufoloji elmin məlumatlarına əsaslanaraq ehtimal etmək olar ki, danışıqların baş tutmamasının əsas səbəbi yer sivilizasiyası tərəfindən UNO-ya təklif olunmuş şərtlərə düzgün riayət olunmamasıdır. Yer sivilizasiyasının belə danışıqlarda əsas məqsədi UNO-dan onların ən yüksək texnoloqiyalarını əldə etməkdir. Belə danışıqların tam məxfiliyi həm də ona əsaslanıb ki, hər bir ölkə özünü bütün yer sivilizasiyasında danışıqları aparmaq hüququna malik yeganə ölkə kimi təqdim edir və onlar UNO ilə birtərəfli danışıqlar aparmağa cəhd göstərirlər. Bununla da bu ölkələr əldə etdikləri yüksək texnoloqiyanı başqa ölkələrlə bölmək istəmir. İlk növbədə bu təşəbbüs ABŞ, Rusiya, İngiltərə, Fransa, Yaponiya, Almaniya, Çin və digər qabaqcıl ölkələrdə özünü büruzə verir.
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq qeyd etmək lazımdır ki, UNO axır zamanlar kommunist ideoloqiyasına uyğun olaraq uzun müddət ufologiya elminə etinasız yanaşan Çin dövlətinə daha çox maraq göstərir. Amma, 1983-cü ildə Çin höküməti 1937-38-ci illərdə Tibet-Çin sərhədində uzanan, Bayan Qara-Ula dağ massivində Çi Pu Taya-nın rəhbərliyi altında arxeoloji qruppa çoxlu qəbirlərlə dolu mağara tapdılar. Tədqiqatlar göstərdi ki, bu skeletlərin 12 min il yaşı var və onların boyu 130 sm olmuşdur. Bunlar Sirusdan gəlmələrdi. Burada həm də Sirusdan gəlmələrin kosmik gəmisinin məhvini təsvir edən xüsusi lövhələr tapılmışdır.

İctimaiyyətə çatan informasiyalar fantastik idi və bu xəbər şok yaratdı. Belə ki, professor – lövhənin şriftini açan bütün arxeoloji aləmə özünün dəli olmadığını sübut etməli oldu. Bu müəmmanı öyrənənlərin əksəriyyəti izsiz yox oldular və həmin anda Bayan Qara-Ula mağarasında tapılan bütün dəlillər də yox oldu. Tezliklə Siriusdan bədbəxt gəlmələr hipotezinə gülməyə başladılar. Öz fikirlərində qalan alimlərə Çində elmi işlərə əbədi son qoymağa məcbur etdilər.

Amma, bir neçə ay əvvəl Çin Kosmik agentliyi 2005-ci ildə Aya bortunda ekipaj olan gəmi göndərmək planı haqqında gözlənilməz açıqlama verdi. Belə səs-küylü açıqlama təbii marağa səbəb oldu. Bütün bu illər ərzində «Böyük Çin səddində» nə baş vermişdi?

Bu müəmmaları şərh edərək belə nəticə çıxarmaq olar ki, Aya və Marsa uçuşlar Çin Kosmik tədqiqatlarının həqiqi niyyətlərinin gizli saxlanması məqsədini güdürdü. Ehtimal olunur ki, Çin bir zaman Bayan Qara-Ula dağlarında yerə enmiş kosmik canlılarla əlaqə yaratmaq üçün yollar axtarmağa başlamışlar. Bundan əlavə nağıllar ölkəsi olan Şambala Tibetin yaxınlığında yerləşir. Əlaqələrin Siriusun dərinliklərində baş verməsi o qədər vacib deyil. Belə əlaqələr bizim Günəş sistemində, Ayda və ya Marsda baş verə bilər.

Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, ən yeni texnoloqiyaları əldə etmək üçün dünyanın qabaqcıl ölkələrinin UNO-ya marağı nə qədər çoxdur. Bundan əlavə dünyanın qabaqcıl ölkələrinin təbii teleportal obyektlərə də marağı çoxdur. Bu əlaqələrdən təbii suallar meydana çıxır. Dünyanın qabaqcıl ölkələrinin «Xəzər əjdahası» niyə belə böyük marağı var?
Bizim fikrimizcə, bu maraq aşağıdakı üstünlüklərlə izah olunur. Birincisi, bu rayon yüksək sivilizasiya ilə əlaqələri müşahidə etmək üçün çox əlverişlidir (UNO bazası rayonunda Xəzərin dərinliyi 50-100 metrdir). Anoloji olaraq demək olar ki, Bermud üçbucağı 4-5 km dərinlikdə, Şambala isə Tibetdə Himalayın 9 km hündürlüyündə yerləşir.

İkincisi, Xəzər dənizindəki neft yataqlarına Beynəlxalq maraqları nəzərə alaraq demək lazımdırki, Xəzər akvatoriyası rayonu siyasi baxımdan daha əlverişlidir. Dünyanın bir çox qabaqcıl ölkələrinin № 24 kvadratına öz sərbəst girişləri vardır.

Üçüncüsü, № 24 kvadrata bənzər digər ərazilər də qeyri-adi xüsusiyyətlərə – yüksək enerji, planetin radioaktiv vilayətlərində yerləşməsi, ölçü koordinatları ilə paralel dünyaya – «N» ölcülü kordinat dünyası – yolu asanlaşdıran təbii teleportal olması – malikdir. Qeyd etmək lazımdır ki, məhz bu müstəsna xüsusiyyətlər – tədqiqatların aparılması üçün əlverişlilik № 24 kvadratını Yerdənkənar Şüurla bilavasitə əlaqə üçün ufoloji tədqiqatların, şərtlərin yaradılmasında çox vacib strateji obyektə çevirir! Belə ki, Ali Şüurla əlaqə yaratmaq üçün Aya və ya marsa getmək vacib deyil!

Azərbaycanın ərazisi ufoloqlar üçün böyük maraq doğuran, yer sivilizasiyasının meydana çıxması mərkəzlərindən biri sayılır. Ona görə ki, məşhur «Asabi Kaf» mağarası məhz burada – Naxçıvan MR-sı ərazisində yerləşir. Və buna bənzər daha iki obyekt Türkiyə və Səudiyə Ərəbistanı ərazisində (Məkkə) yerləşir. Azərbaycanda Füzuli rayonu ərazisində Azıx mağarası yerləşir.

Deyilənləri yekunlaşdıraraq, müqayisə üçün demək lazımdır ki, № 24 kvadratından başqa Yer kürəsində kifayət qədər teleportallar vardır, məsələn, İngiltərədə məşhur Stouhenc, məşhur Misir piramidaları (xüsusilə Xeops piramidası). Bunlara oxşar teleportallara ABŞ, Meksika, Cənubi Amerika, Afrika, İrak, Suriya, İran, Hindistan, Çin və meqalitlərə malik digər ölkələrdə də rast gəlmək olar.

İndi, qısaca da olsa «Xəzər əjdahası» — № 24 kvadratı ilə tanış olduqdan sonra, onun qiyməti və vəcibliyi haqqında bizdə heç bir şübhə qalmamalıdır. Bundan əlavə Azərbaycanın Milli Kosmik elminin sonrakı inkişafının elmi mahiyyəti və strategiyası üçün müstəsna obyekt baxımından «Xəzər əjdahasına» bizim də münasibətimiz formalaşmalıdır. Bu obyekt Füzuli rayonundakı məşhur Azıx mağarası, qaz və neft yataqları kimi Azərbaycanın milli sərvətidir. Bu obyekt öz müasir qiymətilə digərlərini üstələyir, çünki, bu obyekt Azərbaycanın gələcək Milli kosmik elminin strategiyasıdır. Bundan əlavə, inkar etmək lazım deyil ki, «Xəzər əjdahası» daxil olmaqla bütün bu obyektlər yer sivilizasiyasının ümumdünya tarixi ilə əlaqədar – bəşəriyyətin bütün planet ərazisində yayılma mexanizmini aydınlaşdıran ilk addımlarla – ümumdünya və ümumbəşəri məna daşıyır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, «Xəzər əcaibi» haqqında biz dəfələrlə KİV-də yazmışıq. Xüsusəndə 2004-cü il 04 apreldən Azərbaycan qəzetində çıxan «BNL – BENELUX NEWS», hansı ki, «Beniluks» ölkələrində çıxır və yayılır. Bu informasiya Amsterdam, Brüssel, Hollandiya və Fransada böyük həyacan yaratdı. Əsasən ajiotaj NATO-nun qərargahı yerləşən Belçikanın paytaxtında və Fransanın paytaxtı Parisdə baş verdi. Məhz Brüssel sakinləri, 30 mart 1990-cı ildə UNO-nun «FLEP» adlanan «kütləvi nümayişini» izlədilər, hansı ki, onlarda böyük həyacan yaratmış və ufoloqiyaya qarşı maraq oyatmışdı. Ona görə də, «BENELUX NEWS» qəzetindəki məqalə belçikalılarda böyük maraq və həyacan səbəb oldu. Çünki, bu sakinlər artıq Brüssel səmasında UNO-nun «işlərindən» xəbərdar idilər.

Sonunda qeyd etmək lazımdır ki, bu obyekt haqqında EİBKTİ –nın (indiki ANAKA) baş direktoru akademik T. K. İsmayılovun da xəbəri var idi. Hansı ki, Azərbaycan Milli Kosmik elminin sonrakı inkişafı üçün onun vacibliyini başa düşürdülər. Məhz onun fəaliyyəti ilə 80-90-cı illərdə EİBKTİ-də «Ətraf mühitin ekologiyası və Xəzər dənizi» yalançı adı altında, əslində tam məxfi «setka» kod proqrammı ilə SSSR-i «Başkosmosun» tapşırığını yerinə yetirən ufoloqların tədqiqat qrupu yaradıldı. SSSR-i dağıldıqdan sonra, 1991-ci ildə bu qrubpa dağıldı. Azərbaycanda akademik T. K. İsmaüılov tərəfindən təməli qoyulmuş ufoloqların talehi belə kədərli qurtardı…

Реклама
By Teymur Kasamanli Posted in HOME