KOSMOS QANUNLARI: «GÜNƏŞ – YER» SİSTEMİNİN SENSOR MADELİ VƏ PLANETİN KOSMİK MONİTORİNQİNİN OPTİMAL PARAMETRLƏRİNİN ƏSAS ELMİ MODELİNİN İŞLƏNMƏSİ.


F. Q. Qasımov
ANAKA, «planetin kosmik manitorinqinin elmi əsasları» sektorunun müdiri, fizika-riyaziyyat elmləri doktoru, BMT-nin nəzdində BEİA–beynəlxalq enerji-informasiya Akademiyasının və BMT-nin nəzdində informasiologiya akademiyasının akademiki.

Yaxın kosmosda ekoloji təhlükənin əsaslanması.
Son illərdə Yerətrafı mühitin kosmik tullantılar sayəsində çirklənməsi ilə əlaqədar Yaxın Kosmosda gərgin ekoloji şərait müşahidə olunur. Orbital tullantıların yığılma dinamikası haqqında belə rəqəmlər aydın deyil. Belə ki, 1961-ci ildə Sovet və ABŞ radarları Yerətrafı orbitdə cəmi 50 qırıntı və digər obyektlər aşkara çıxartmışlar. İndi təkcə 10 sm-dən böyük diametrdə 10 minlərlə obyekt var. Bundan başqa aparıcı mütəxəsis – ekspertlərin gəldiyi nəticəyə görə Yerətrafı fəzada 1 – 10-larla sm ölçüdə 150 – 300 minə qədər qırıntı «veyillənir». Qeyd edək ki, orbitin 800 km-dən yuxarıda olan obyektlər atmosferin qalın qatına düşüb yanana qədər kosmosda 10 və hətta 100 illərlə qala bilərlər [1 – 10].

Tədqiqatlar göstərir ki, əksər halda uçuşlar üçün 300-400 km-ə qədər hündürlükdə olan orbitlərdən istifadə olunur. İndi orada Beynəlxalq Kosmik Stansiya yerləşir və nəqliyyat gəmiləri uçurlar. Məlum olduğu kimi [1 – 10], günəş aktivliyinin 11-22 sikli yerin atmosfer sıxlığının kifayət qədər titrəməsinə səbəb olur. Nəticədə bu hündürlüklər sanki özünü təmizləyir. Amma, indi 320 peyk yerləşən ekvator üzərindəki 36 km hündürlükdə uçuşan qeosinxron orbitlər (qeostasionar) rayonu bu münasibətdə hədsiz dərəcədə təhlükəlidir. Orada əsasən rabitə peykləri uçurlar və onların sayı ildən ilə artır. Burada artıq bir neçə peyk dağılmışdır, ancaq onların hissələri isə uzun illər boyu orbitdə qalacaqdır. Alimlər bu hissələri yerdən idarə olunan lazer mərmiləri ilə məhv etməyi və ya onları xüsusi kosmik torlarla tutmağı təklif edirlər. Bu məsələlərin praktiki tətbiq olunması hələ bizə çox uzaqdır [1 – 10]. Mütəxəsislər məsləhət görürlər ki, yeni buraxılışların traektoriyası və raketin çıxıntılarının ayrılma hündürlüyü elə hesablanmalıdır ki, kosmik tullantılar maksimum 25 il ərzində tamam yansın. Bu isə raketin buraxılışını kifayət qədər bahalaşdırır və bu sferada Beynəlxalq hüquqi tənzimləmə vəsaiti hələ yoxdur.

Hazırki dövrdə Yer ətrafında təxminən 800, qeyri rəsmi məlumatlara görə isə 5000 fəaliyyətdə olan peyk uçur. Yaxın illərdə rəsmi qeydiyyatdan keçən peyklərin sayı 2000-ə qədər artacaq. Əlavə edək ki, bu aparatlardan bir çoxu hərbi təyinatlıdır. Bu o deməkdir ki, onların uçuşlarının orbitləri və digər parametrlər çoxuna məlum deyil. Yerin orbitində peyklərin sayı artdıqca onların təhlükəli toqquşma ehtimalı nəzərə çarpacaq dərəcədə artacaq. Kosmik fəzanın çirklənməsini dayandırmaq ya da ki, bu tullantıların təmizlənməsi üçün effektli yollar tapmaq vacibdir. Dünyanın müxtəlif ölkələrinin kosmik agentliklərinin nümayəndələrindən təşkil olunmuş xüsusi elmi qruppa yeni kosmik aparatlarının lahiyələşməsi və kosmik uçuşların təşkili haqqında öz təkliflərini yaxın günlərdə BMT-yə baxış üçün təqdim etmişdilər. Bu təkliflərin əsas məqsədi Yaxın kosmosun təhlükəli hissələrlə çirklənməsini maksimum dərəcədə tormozlamaq, həmçinin kosmik aparatların bir – biri ilə toqquşma ehtimallarını aradan qaldırmaqdır.

Qeyd etmək lazımdır ki, bu təkliflərin hazırlanmasına 8 il vaxt sərf edilib. Belə ki, bu Yerətrafı fəzada hər hansı bir hərəkət qaydalarını müəyyənləşdirmək və onun çirklənməsinə qarşı tədbirlər hazılamaqda birinci cəhd olmasına baxmayaraq təəssüf ki, nə hüquqi cəhətcə nə də texniki planda kosmiki uçuşların daha optimal təşkilində bir o qədər də uğurlar əldə olunmadı.
«Planet» məqsədli lahiyə – Planetin optimal kosmiki monitorinqinin modelinin elmi bünövrəsinin əsaslanması.
Qeyd olunanlarla əlaqədar biz dünya ictimaiyyətinə geniş beynəlxalq müzakirə obyekti, daha sonra isə dünyanın aparıcı mütəxəsislər ilə birgə tədqiqat obyekti ola biləcək «Planet» məqsədli lahiyəsini təqdim edirik (proektin müəllifi F. Q. Qasımov). Konkret halda biz, «NASA – ABŞ», «Qlavkosmos» — Rusiya, astronavtikaya dair Avropa mərkəzi, Avropa və Asiyanın digər aparıcı mərkəzlərini nəzərdə tuturuq. Bütövlukdə «Planet» məqsədli lahiyəsinin ümumi məzmununda lahiyənin əsas ideyası dürüst ifadə olunmuşdur.

«Planet» lahiyəsinin əsas məqsədi – planetin kosmik monitorinqinin yeni metodlarından istifadə edərək, təbii fəlakətlərə, faciələrə nəzarət və proqnozlara görə BMT-nin himayəsi altında beynəlxalq nəzarəti yaratmaq, texnogen fəlakətləri azaltmaq və onların ekoloji nəticələrinin qarşısını almaq məqsədilə bütün planet miqyasında insanın irimiqyaslı, antropogen fəaliyyəti uğrunda möhkəm nəzarəti təmin etmək, qlobal ekoloji fəlakətlər nəticəsində yaranmış planetin məhvi təhlükəsini bəşəriyyətdən uzaqlaşdırmaq, ekologiyaya mənfi təsir göstərmədən bəşəriyyətin, Yaxın və Uzaq Kosmosu ardıcıl olaraq mənimsəməsini təmin etməkdir.

Belə bir lahiyənin yaradılmasının vacibliyinin elmi əsaslanması ilk öncə neqativ ekoloji problemlərlə diktə olunur, hansı ki, elmi – texniki tərəqqi nəticəsində yer sivilizasiyasını krizisə salıb, sonunda məhv edəcək. Ona görə də bu problem – ekoloji fəsadlar problemi ümumplanetar xarakter daşımağa başlayır, çünki, irimiqyaslı insan fəaliyyətinin ekoloji fəsadları nəinki Yer planetində qlobal xarakter daşıyır, onun həm də yerətrafı fəza – Yaxın Kosmosu da bürümək qorxusu var. Kosmik elmlərin və texnoloqiyanın inkşafının sonrakı strategiyasını işləmək üçün dünya miqyasında kosmik tədqiqatların ümumiləşdirmək, sistemləşdirmək və yekunlaşdırmaq son dərəcə zəruridir. Yuxarıda qeyd olunan fikirlərə əsaslanaraq bütün üç minilliyi əhatə edən, «Planet» adı ilə kodlaşdırılmış kosmik elminin və texnoloqiyanın inkişafının vahid proqramı işlənib hazırlanmışdır [1 – 10].
«Planet» məqsədli lahiyəsinin əsas texniki parametrləri, onun konseptual prinsipləri və strukturları.
Yerin kosmosdan tədqiqi, Yer – Günəş qarşılıqlı əlaqələrini, 1987 — 2005-ci illərdə yerin təbii fəlakətləri problemlərini tədqiq edərək biz, yekun nəticədə «Planet» məqsədli lahiyəni işləyib hazırladıq. Bütün bu ümumiləşdirilmiş nəticələr ondan ibarətdir ki, kosmik fəzanın xüsusiyyətlərinin fundamental tədqiqatları, onun sensor həssaslığı mexanizmi kosmoionosfer – litosferin sensorlu aktiv zonalarında datçikləri səmərəli quraşdırmağa imkan verir. Bu da öz növbəsində planetin kosmik monitorinqində iştirak edən kosmik vasitələrin və peyklərin sayını kəskin surətdə azaltmağa imkan verir [1-10]. Lahiyənin birinci etapının yaxın 10 illiklərdə həyata keçirilməsində gözlənilən iqtisadi effekt 30 – 300 milyard ABŞ dollar dəyərində qiymətləndirilir.
Lahiyənin konseptual xüsusiyyətləri.
«Planet» məqsədli lahiyəsinə qoyulmuş əsas konsepsiya ondan ibarətdir ki, Yer və Yaxın Kosmosda insanın antropogen fəaliyyətinin ekoloji fəsadları azaltmaq məqsədilə planetin kosmiki monitorinqinin yeni əsas texnoloqiyası (kosmik mühitin fiziki xüsusiyyətlərinin hesabı ilə planetin optimal kosmik monitorinqinin elmi əsaslanmış nəzəriyyəsi) ilk dəfə olaraq bizim tərəfimizdən təqdim olunur. Ona görə ki, insanların , Yaxın Kosmosda antropogen fəaliyyətinin miqyası artıq ekoloji gərginlik yaradır. Bizim təklif etdiyimiz ideyalar bazasında bütün planet dairəsində irimiqyaslı insan fəaliyyətinin ekoloji qorunma mexanizminə zəmanət verilir [1 – 10].
Verilmiş məqsədlə bazada XXI əsrin yeni kosmik texnoloqiyasının işlənməsinin — yeni kosmik biliklər – qeyri ənənəvi yollarını tətbiq etməklə nail olunur, hansı ki, bəşəriyyətə möhtəşəm məsələləri həll etməyə imkan yaradır, — kosmosdan Yer – «EİPZ»-i enerjiinformasiya sahəsilə idarə etmək və «Günəş – Yer» sisteminin sensor modelinin riyazi qurulması, proqnoz, nəzarət və bütün təbii fəlakətləri idarə etmək problemini təmamilə öz üzərinə götürmək. İşin elmi planda mahiyyəti, «dalğaları inversiya» (F. Q. Qasımovun termini) mexanizminə malik elektromaqnit şkalanın fundamental mahiyyətinin daha dərindən öyrənilməsi ilə əlaqədardır [1 – 10].
Beləliklə, tədqiqatlarımız bizə lahiyənin konseptual ideyasını ümumiləşdirməyə və formaya salmağa imkan verir. Konseptual «Planet» lahiyəsi Yerin kosmosdan aşağıdakı prinsip üzrə tədqiq etməyə imkan yaradır: onun sensor modelinə əsaslanaraq, daha az kosmik vasitələrlə planeti tədqiq etmək və onun haqqında daha artıq, obyektiv məlumatı əldə etmək [1 – 10].
Məqsədli lahiyənin strukturu.
«Planet» məqsədli lahiyənin həcmi şərti olaraq III minilliyi əhatə edir, 4 dövrə bölünür. Birinci dövr – proqram lahiyəsi – «Planetaloqiya» yaxın 300 il üçün hesablanıb və bəşəriyyətin Yaxın kosmosu mənimsəməsi ilə xarakterizə olunur. İkinci dövr – proqram lahiyəsi – «Orbital stansiya», sonrakı 200 il üçün hesablanıb və planetin monitorinqi, orbital izləmə stansiyasının yaradılması ilə xarakterizə olunur. Üçünçü dövr – «Kosmik» lahiyəsi, daha sonrakı 300 il üçün hesablanıb və insanın yeni kosmik genotipinin yaradılması ilə xarakterizə olunur. Və nəhayət, dördüncü dövr – «Astron» proqramı lahiyəsi, III minilliyin son 200 ili üçün hesablanıb və Uzaq Kosmosun bəşəriyyət tərəfindən mənimsənilməsi və bəşəriyyətin kosmik yüksək sivilizasiyası ailəsinə daxil olmasını xarakterizə edir [1 – 10].
«Planet» məqsədli lahiyənin işlənib hazırlanmasında biz riyazi statistika və verilmiş çoxillik müşahidələrin analizi metodlarından, ehtimal nəzəriyyəsi, sistemli analiz əsasında ümumiləşmə metodlarından, oyunların riyazi nəzəriyyə metodlarından, kompüter eksperimentindən və həm də texniki – iqtisadi əsaslar metodundan istifadə etmişik.
Bizim tərəfimizdən sistemli analiz əsasında 24 xüsusi lahiyə və həm də 14 yeni elmi istiqamət əsaslandırılıb. Bundan əlavə, «Planet» məqsədli lahiyənin Beynəlxalq məqsədli lahiyə statusunu alması üçün biz onu hüquq nöqteyi nəzərdən qlobal miqyasda əsaslandırmışıq [1 – 10].

«Planet» lahiyəsinin əsas vəzifəsi öz vacib konsepsiyasına əsaslanaraq Yaxın Kosmosun zibillərlə çirklənmə problemini həll etməkdir. Bu problemin həllində biz həm Kosmik fəzanın sonrakı çirklənməsinin saxlanması ideyasına həm də bu zibilin yığışdırılmasının effektli yollarının axtarılması ideyasını rəhbər tuturuq. Bundan başqa, biz optimal kosmik monitorinqin daha effektli metodlarını hazırladıq – kosmik fəzanı az sayda kosmik vəsait sayəsində daha effektli və irimiqyasda tədqiq etmək. Yuxarıda qeyd olunan arqumentlərə əsasən, biz kosmik uçuşların təşkil olunmasının optimal variantını hazırladıq – planetin optimal kosmik monitorinqinin elmi əsasları. Hazırladığımız üsul həm iqtisadi həm də texniki planda daha qəbul olunasıdır. Bu üsul biz tərəfindən 3 kriteri – 3 prinsipə əsaslanıb.

1. «Günəş – Yer» sistemində sensor – aktiv nöqtələrin aşkara çıxma mühiti kimi kosmik fəzanın fizikasını ardıcıl tədqiq edən baza – «Günəş – Yer» sisteminin sensor modelinin yaradılması.
2. Həssaslığı 4-6 sırası ilə artan daha həssas qeyd etmə aparatlarının hazırlanması bazası.
3. Planetin Kosmik monitorinqinin optimal modeli ilə «Günəş – Yer» sisteminin sensor modelinin bazada hazırlanması.
Bundan əlavə, kosmik gəmilərin monitorinq və kosmik zibillərin təsiri ilə deşilməsinin qarşısını almaq üçün biz yeni – dördüncü kriterini hazırlayırıq – bu «kevlar»-a oxşar, kosmik gəminin korpusunun xüsusi möhkəm materialdan hazırlanmış müdafiə sistemidir [1 – 10].
Beynəlxalq status almaq məqsədilə «Planet» məqsədli proektinin elmi – nəzəri əsaslarından fraqmentlərin təsdiq olunması.
Lahiyənin əsas məqsəd, ideya, formulası mühitin – kosmik fəzanın fiziki vəziyyətini nəzərə alaraq, Yaxın və Uzaq Kosmosda insanın irimiqyaslı fəaliyyətinin ekoloji aqibəti – «KDG» təhlükəsini azaltmaq məqsədilə planetin optimal kosmik monitorinqinin modelini – KM(n) – yaratmaq, uçuşların təhlükəsizliyini təmin etmək, gələcək kosmik tədqiqatlarının ekoloji əsaslanması və proqnozlaşmasına zəmanət verməkdir.
Beynəlxalq lahiyə statusu hüququnu almaq üçün təklif etdiyimiz «Planet» məqsədli lahiyəsi Beynəlxalq və Respublika konfranslarında, simpoziumlarda, KİV-ri və dünya mətbuatında dəfələrlə müzakirə olunub. Xüsusilə, biz «Planet» məqsədli lahiyəsini Beynəlxalq arenaya çıxarmış və BMT, NATO, NASA və astronavtikaya aid Beynəlxalq Avropa akademiyasına BAA təqdim etmişik və o, 34 dünyanın qabaqcıl ölkələrinin aparıcı mütəxəsis – ekspertlərinin iştirakı ilə keçirilən 68 Beynəlxalq və Respublika konfranslarında dəfələrlə müzakirə olunub [1 – 10].
«Yer fəlakət həddində. Tektonik silahın dəhşətli konturu. XXI əsrdə bəşəriyyəti nə gözləyir?» kitabında içərisində «Planet» məqsədli lahiyəsindən fraqmentlər təsvir olunmuşdur, hansı ki, inglis dilində dərc olunmuş və biz tərəfindən bütün dünyaya – Baş hökümətə – aparıcı ölkələrin prezidentlərinə və həmçinin ABŞ prezidenti B. Klintona, BMT və NATO-nun baş katibinə, NASA-nın direktoruna göndərilmişdir. Bu kitaba görə 1995-ci ildə biz BMT-nin Sasakava adına təbii fəlakətə dair Beynəlxalq mükafatını almaq üçün irəli sürülmüşdür (humanitar yardım nazirliyi, 10-15 fevral, 1995-ci il BMT nümayəndəliyi, Ceneva və Nyu-York ş).
Yeri gəlmişkən, mənim kitabıma dünya miqyasında müsbət reaksiya verilib. Belə ki, B. Klinton – ABŞ prezidenti mənim kitabıma yüksək və son dərəcə tərifli qiymət verdi. Mərhum prezident H. Əliyevlə telefon danışığında o tam mənasında söylədi: «Mən düşünməzdim ki, Azərbaycanda elmi potensial belə yüksəkdir. Sizin alimlər bizimkiləri bir az üstələyib. Və bizə Sizdən çox şey öyrənmək vacibdir…»

Həmin 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi ilə «Planet» lahiyəsinin fraqmentlərini və bizim elmi fəaliyyətimizi müzakirə edən akademik A. Mirzəcanzadənin rəhbərliyi altında komissiya yaradıldı. Bizim məruzə və lahiyənin məzmunu müsbət rəy aldı. Burada 4 kəşvin qeyd olunması ilə əlaqədar bizə doktorluq dissertasiyasını (protokol iclası №3 11 avqust 1995-ci il) müdafiə etmək təklif olundu. 

1995-ci ildə biz BMT-nin yanında Beynəlxalq enerjiinformasiya akademiyasının – MEİA – müxbir üzvü seçildik. 1999-cu ildə işlərin bitməsi ilə bağlı «Günəş – Yer qarşılıqlı əlaqənin kosmik tədqiqi və təbii fəlakətlərin proqnozu və nəzarətinə dair planetin aerokosmik monitorinqi sisteminin hazırlanması» adı altında fiziki – riyazi elmləri doktorları elmi dərəcə almaq üçün təqdim edilən doktorluq dissertasiyasını müdafiə etdim (hansı ki, ora «Planet» lahiyəsindən fraqmentlər daxil olub). Biz bu doktorluq dissertasiyasına «Planet» məqsədli lahiyəsinin konseptual əsaslarını daxil etmişik [1 – 10]. 24-26 noyabr 2000-ci ildə Moskva ş-də, Kremldə keçirilən Ümumdünya İnformasiyaloji forumunda OON – «VIF – 2000» biz aşağıdakı mövzuda məruzə etdik: «Müasir kosmologiyanın problemləri və dünya konstantların nəzəriyyəsi. Dünyanın quruluşu mexanizmində enerqoinformatika», hansı ki, burada konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və bəyənilmiş, proektin əsas konseptual ideyalarını müəyyənləşdirən, «Planet» məqsədli lahiyədən fraqmentlər salınıb. Bu mötəbər konfransda biz BMT-nin yanında həqiqi üzv BMA – Beynəlxalq Məlumat akademiyasının akademiki seçildik [1 – 10].
Hal – hazırda biz 1 kitab, 4 kitabça və 680 elmi və elmi – kütləvi məqalə dərc etmişik.
İstifadə olunan ədəbiyyat

1.Qasımov F. K. «Yaxın kosmosda ekoloqiya»ya dair xüsusi məruzə, Enerji, Ekologiya, İqtisadiyyat problemlərinə dair 6-cı Beynəlxalq Bakı konfransi, 30 may – 3 iyun, 2002-ci il, Bakı ş

2.Qasımov F. K. Ekologiyanın qlobal problemləri. «Odlar yurdu» jurnalı, № 12, 2004-cü il

3.Qasımov F. K. Bakalavrların hazırlanması üçün metodiki «Ekologiya» kursu. Respublika Təhsil Nazirliyi, 12 mart, 2005-ci il, Bakı ş

4.Qasımov F. K. Qlobal ekologiyanın problemləri, «Elm» qazeti, 28 fevral, 2005-ci il

5.Qasımov F. K. Yer fəlakət həddində. Tektonik silahın dəhşətli konturları. Bəşəriyyəti XXI əsrdə nə gözləyir? (inglis dilində), Bakı 1995-ci il

6.Qasımov F. K. Günəş – Yer qarşılıqlı əlaqəsinin kosmik tədqiqi və yerin təbii fəlakətlərinin proqnozu və nəzarətinə dair planetin aerokosmik monitorinqi sisteminin işlənib hazırlanması. Fizika – riyaziyyat doktoru elmi dərəcə almaq üçün təqdim edilən avtoreferat, Bakı, 2002-ci il

7.Qasımov F. K. Humanitar yardım Nazirliyində xüsusi məruzə, Sasakava adına BMT-nin Beynəlxalq mükafatını almaq üçün namizədliyin irəli sürülməsi, 10-15 fevral, 1995-ci il, Ceneva ş, İsveçrə

8.Qasımov F. K. İkinci Beynəlxalq konfransda – XXI əsrin kosmik kəşfi – xüsusi məruzə. XXI əsrin proekti, 7-11 dekabr, Moskva – PlESÇR kosmodromu, kosmik tədqiqatlar mərkəzi, 1998-ci il 

9.Qasımov F. K. BMT-nin Ümumdünya İnformasiya Forumunda – «VİF2 – 2000 – xüsusi məruzə, Moskva, Kreml, 24 noyabr, 2002-ci il

10.Qasımov F. K. Beynəlxalq elmi konfransinda xüsusi məruzə: «Məkan, zaman, cazibə, 19-23 avqust, 2002-ci il, Sankt – Peterburq, Rusiya

Реклама
Автор: Teymur Kasamanli Рубрика: HOME