ONU ÖLÜMƏ MƏHKUM ETDİLƏR


fuad-e1347303427530Olaylar. yazar Ülviyyə
Dəbdəbələr, təmtəraqlar, əyləncələr məmləkətində ötən ay bir alim dünyasını dəyişdi. O, qeyri-adi peşənin sahibi idi. Çoxlarına naməlum olan uçan boşqabların «dilini», sirrini bilirdi. Nə yazıq ki, nüfuzlu beynəlxalq təşkilatların fəxri akademiki olan ufoloq Fuad Qasımovun yaşadığı məmləkətdə qədri, qiyməti bilinmədi. Onu ölümə məhkum etdilər. Nüfuzuna, şöhrətinə qıcıqlananlar tərəfindən son ümid çırağından da məhrum edildi…Tədqiqatları ilə ABŞ prezidentinin diqqətini çəkən alimin keçdiyi həyat yolunu, müəmmalı ölümünün səbəblərini öyrənmək üçün qapısını döydük. Həyat yoldaşı Rəna xanım hələ də can yoldaşının ölümünə inanmır. Onunla bağlı xatirələrini danışır, amma ala gözləri qapıdan çəkilmir. «Hərdəfəqapını açanda şüküredirdim» Azərbaycan MilliAerokosmik Tədqiqatlar İnstitutunun əməkdaşı Fuad Qasımova qarşı həmişə qısqanclıq olub. Rənaxanım deyirki, İrandan, Türkiyədən, Rusiyadan, Almaniyadan, ABŞ-dan iş təklifləri alıb. Hətta bir tədqiqatına görə 50 min dollar təklif edənlərdə olub. Amma Fuad müəllim tədqiqatlarını xarici ölkələrdə davam etdirməyi bacarmayıb. Bunavətən, millətsevgisiimkanverməyib: «Uzunillər Azərbaycan MilliAerokosmik Tədqiqatlar İnstitutunda çalışıb. Fuad müəllim ayda 150 manat məvacib aldığını söyləyəndə heç kim inanmırdı. Son günlər isə işdən çıxarmaq üçün müxtəlif vasitələrə əl atırdılar. İnstitutda adi bir mühəndis var. Fuad müəllimə rəhbər təyin etmişdilər. Alim mühəndisdən az məvacib alırdı. Amma dözürdü. Lakin institutda baş verən hadisələrə qarşı çıxırdı». Fuad müəllimin haqsızlığa dözməməsi, əlaqədar orqanlara şikayət etməsi işdən çıxarılmasına səbəb olub: «Onu özünə layiq işdən çıxarmadılar. Oturduğu kabinetin qapısını çıxararaq stol, stulu çölə atıblar. Sonrada «səni başqa cür öldürmək mümkün deyildi» deyiblər. Dünya şöhrətli institut natəmizlik içərisindədir. Otaqlardan üfunət iyi gəlir». Rənaxanım deyirki, Fuad müəllim ona qarşı törədilən hörmətsizlikdən sarsılıb: «Deyirdilər araşdırmalarını bizə təqdimet, sənə ehtiyacımız yoxdur. Hətta onun sənədlərini gizlətməyə cəhd göstəriblər». Fuad Qasımovun UNO sevgisi çoxlarından fərqli olaraq Fuad müəllim UNO-ları sevib, onların yerə fəlakət gətirəcəyinə inanmayıb: «Fuad müəllim Moskvada kitabxanada işləyirmiş. Təsadüfən uçan naməlum obyektlərlə bağlı kitab oxuyur və onda bu sahəyə qarşı maraq yaranır. Moskvadan qayıtdıqdan sonra isə bu elmlə məşğul olmağa başlayır». F. Qasımov gecələr işləməyi sevirmiş: «Deyirdi, gecələr mənə informasiyalar gəlir. Gecələr stolun üstünə bir vərəq, qələm qoyurdu. Səhəri gün yeni bir araşdırma meydana çıxırdı». Rənaxanım 2000-ci ildə Kremldə keçirilən konfransdan sonra Fuad müəllimə dünyanın hər yerindən təkliflər gəldiyini bildirir: «BMT-nin təşkilatçılığı ilə keçirilən konfransa dəvət edilmişdik. Fuad müəllimin çıxışı maraqla qarşılandı. Tədbir sona çatmamış əhatəyə alındı. Məndən onun çıxışının surətini istədilər. Konfransda iştirak edən beş min dəvətli onu ayaqüstə alqışladı. Mən belə çaşqınlıq içindəydim». Səhəri gün Fuad müəllim iş təklifi alıb. Sonra təkliflər artıb, veriləcək məbləğ çoxalıb. Fuad müəllimisə tədqiqatlarının Azərbaycana uğurgətirəcəyinə inanıb: «Deyirdiki, imkanversələr, Azərbaycana milyonlarla dollar xeyirverə bilərəm». Fuad müəllimin UNO-lara olan sevgisi Rənaxanımda maraq oyadıb. Hətta UNO-ların bazaları ilə bağlı məlumatlarıda var: «Fuad müəllim bazalarla bağlı xəritə hazırlayıb. Araşdırmalarının yüzdə birini mətbuata açıqlamayıb. Bu sahə sirrlərlə doludur. Yazdığı kitabları işıq üzü görməyib». çoxları Fuad müəllimi vergili hesab edirdi. Rənaxanım isə alimin daim elmi işlərlə məşğul olduğunu bildirir: «O, elmlə məşğul olurdu, bu sahəni elmlə əsaslandırırdı. Həmdə həddindən artıq analitik təfəkkürə sahib idi». Rənaxanımın sözlərinə görə, F. Qasımovda auditoriyanı ələ almaq bacarığı olub ki, buda onun maraqlı söhbətlərindən irəli gəlirdi. «Təəssüfki, bəzi insanlar onu anlaya bilmədilər, daha doğrusu anlamaq istəmədilər. Hətta bir gün onu çağırdılar vəd edilərki, UNO-lardan danışdığın bəsdir, gətir onu ovcumuzun içinə qoy. Fuad da onlaracavabv erib ki, onlar o qədər böyükdür ki, sizin kimilərin ovcuna yerləşməz. Fuad müəllimin kitabı bütün dünyaya səs salmışdı». Söhbət ABŞ prezidenti olmuş Bil Klitonun maraqlandığı əsərdən gedir. «B. Klinton Heydər Əliyevə zəng edərək Fuad müəllimlə maraqlanıb. Lakin Fuad müəllimin Heydər Əliyevlə görüşünə imkan verilmədi. Son ana dək maneələr törədildi. Hətta Azərbaycanda zəlzələ olanda H. Əliyev demişdi ki, mən o kitabın müəllifinin fikrinə inanacağam. Fuad müəllim isə zəlzələnin kim tərəfindən və necə süni şəkildə yaradıldığını anlatmışdı». Fuad müəllim siyasətlə məşğul olmayıb, hətta siyasəti sevməyib. Lakin akademik Zərifə xanım Əliyevanın yaradıcılığını sevib, maraq göstərib: «Zərifə xanımda qeyri adi insan olub. Onun yaradıcılığı, elmi kəşfi fövqəladə hissiyyata malik olduğunu göstərir. Fuad müəllimdə bunu elmlə əsaslandırmışdı. Həmin material «OLAYLAR» qəzetində çap olunmuşdu. Fuad müəllimdən həmin qəzetidə oğurlamışdılar. F. Qasımov 1987-ci ildən Milli Aerokosmik Agentlikdə işləyib. Lakin institutun rəhbərliyi alimə son borclarını belə əsirgəyib. Dəvət olunduqları yas mərasimində iştirak etməyiblər: «Rəhmətə gedəndə zəng edib dedim ki, alimin adına layiq bir şəkildə onu yerdən götürün, amma heç kim yaxına gəlmədi. Fuad müəllimi ölümədə qısqandılar». Rəna xanım Fuad müəllimin kitablarının çap olunmasını arzulayır. Təəssüfki, şoubiznesə, səssiz müğənnilərin diskinə vəsait ayıranlar kitab çapına xəsislik edirlər. Bizi əhatə edən sehirli aləmin sirrini açmaqda yardımçı olacaq əsərlərin işıq üzü görməsi bir diskin buraxılmasından dəfələrlə ucuzdur. «Onun 3 əsəri var. Amma maddi problemlərdən imkanı olmadığından kitablar çapo lunmayıb. Bir neçə dəfə cəhd etdi, lakin vəsait tapa bilmədi». Şöhrəti pərdələmək istəyi Fuad müəllimə qarşı edilən haqqsızlıqlar saymaqla bitmir. Alimin şöhrətini pərdələmək istəyi xələflərini daim çirkinliklərə əl atmağa vadar edib. Fuad müəllim doktorluq dissertasiyasını böyük çətinliklə müdafiə edib: «Onun zəhmətini yerə vurdular. Hələdə onun diplomunu verməyiblər. Artıq 7-8 ildirki, Fuad öz müdafiəişini Ali Attestasiya Komissiyasına təqdim edib. Ona qarşı düşmən mövqeyi tutdular. Çünki komissiyanın sədri əvvəllər Fuad müəllimlə eyni qurumda işləyib. Mən onun həyat yoldaşı kimideyil, bir vətəndaş kimi tələb edirəm. Azərbaycanın bu qədər gözəl alimi var, amma onu qiymətləndirmirlər. Bu məni ağrıdır. Onun elmi araşdırmalarından yararlana bilmədilər. Deyirdi ki, əgər Azərbaycanda başa düşsələr, mənim işim milyardlarla gəlir gətirəcək. Amma ona bu istəyini reallaşdırmağa izn vermədilər. Kimisi onu acığından lağa qoydu, kimisi də təhqir etdi. Lakin son nəfəsinədək qələmi əlindən almağı bacarmadılar». Rəna xanımı yandıran, yaxan, dərd verən məqamlardan biri də alimin qəfil ölümüdür. Ala gözlü yarını dərddən, kədərdən qoruyan, onun narahatçılığı üçün gizli əsəbləşib, gizli həyəcan keçirən Fuad müəllim ölümülə ən böyük zərbəni vurdu. Rəna xanım göz yaşlarıyla təsəlli tapmır: «Mən onun axır sözünü eşidə bilmədim. Kimsəsiz kimi ölümü məni yandırır. Hər dəfə qapını o açanda şükür edirdim. İşdən çıxarılandan sonra öləcəyindən qorxurdum. Hər dəfə qapını mənə açan Fuad bu dəfə məni qapı arxasında qoydu». Fuad müəllimin ölümü qəribə olub. Rəna xanım deyir ki, ürəklə bağlı problemi olmayıb: «Sanki yuxuya getmişdi. Onun qan təzyiqi, şəkəri vardı. Zəng edib təhqir edirdilər, şikayətini geri götürmək üçün hədələyirdilər. Ola bilsin ki, həmin günü Fuada yenə zəng ediblər. O,dözümlü adam idi, ona nə dərəcə söz deyilib ki, ürəyi buna tab gətirməyib. Fuad institutun dağılmasına əsəbləşirdi. Deyirdi ki, heyfim gəlir ki, Tofiq İsmayılovun qurduğu o cür institut dağılır, institut kosmik tədqiqatdan başqa hər şeylə məşğul olur. İnstitutun şöhrətini geri qaytarmaq istəyirdi. Amma onun işləməsinə heç cür imkan vermədilər. Direktor Fuad müəllimə demişdi ki, hara istəyirsən yaz, gedib pulla ağızlarına vurub, həll edəcəyəm». Fuad müəllim qəzetlərlə təsəlli tapıb. Alim UNO-larla bağlı xalqı maarifləndirmək istəyib: «Deyirdi, UNO-lar müxtəlif məqsədlərlə gəlir. Onların içərisində xoş niyyətli, pis niyyətli olanlar da var. Əhali UNO görərkən necə hərəkət etməlidir, bunu bildirmək istəyirdi». UNO-lara bəlli olan yeni kosmik texnologiyaların sirrlərini Fuad müəllim aça bilərdi. Ağrılı faktlardan biri də alimin əsərlərini Nobel mükafatına təqdim edə bilməməsilə bağlıdır. Dünya şöhrətli alim Nobel mükafatı üçün əsərlərini təqdim etməyə vəsait tapa bilməyib. Rəna xanım onun bu istəyinin də reallaşmasını arzulayır. Fuad müəllimin ölümündən sonra belə Nobel mükafatı alması Azərbaycan elminin uğurudur. Təəssüf ki, əyləncəyə olan maraq elmi üstələyib. Fuad müəllimlə bağlı xatirələr bitmir. Rəna xanım Fuad müəllimlə tanışlığından böyük həsrətlə danışır. Maraqlı, rəngarən, həm də keçmə keşli həyat tərzi keçirən Fuad müəllimdə gözəl rəsm qabiliyyəti, musiqi duyumu olub. Çəkdiyi rəsm əsərləri peşəkar rəssamın əsərlərindən seçilmir. Babəkin, Nəsiminin, Füzulinin şəkilləri deməyə əsas verir ki, Fuad müəllim elm adamı olmasaydı, gözəl rəssam kimi tanınardı. Məşhur ufoloq opera da yazıb. Özü də Babəkin operasını. Hətta opera üçün rəsmləri də özü çəkib. Əzəmətli Babək döyüşə hazır dayanıb. Operanı dinləyənlər onun adi, mükəmməl müsiqi təhsili olmayan biri tərəfindən yazıldığına inanmırlar. Onu cismani məhv etməklə şöhrətini, yaradıcılığını öldürə bilmədilər. Nə yazıq ki, insanlara sağlığında qiymət verməyi bacarmırıq…

Реклама
Автор: Teymur Kasamanli Рубрика: HOME